RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.02.2021]

İnstitutun alimi BMT-nin iclasında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika elmləri doktoru, dosent Mətanət Mehrabova BMT-nin hava üzrə Avropa İqtisadi Komissiyasının Beynəlxalq Proqramının (UNECE İCP Vegetation) illik hesabat iclasında iştirak edib.

Onlayn formatda keçirilən illik hesabat iclasında M.Mehrabovanın rəhbərliyi ilə Azərbaycanın 3 bölgəsində hava çirklənməsinin təyin edilməsi üzrə aparılan tədqiqatların nəticələri iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, ölkəmiz BMT-nin Transsərhəd Hava Çirklənmələri üzrə Konvensiyası çərçivəsində Proqramın iştirakçısıdır.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.