RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.03.2021]

İnstitutun alimi beynəlxalq konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi, fizika elmləri doktoru, dosent Mətanət Mehrabova Türkiyənin Kayseri şəhərində keçirilən “USBİK 2021 təbiət elmləri” adlı onlayn beynəlxalq konfranda iştirak edib.

M.Mehrabova konfransda Cd1-xMnxSe və Cd1-xFexS yarımmaqnit yarımkeçiricilərinin nəzəri və eksperimental tədqiqatlarının nəticələrinə həsr edilmiş “Ab initio calculation of interstitial atom effects in Cd1-xMnxSe” mövzusunda plenar məruzə ilə çıxış edib. Daha sonra onun həmmüəllifi olduğu daha 5 iş isə alimin doktorantları - Sona Hüseynli və digərləri tərəfindən məruzə edilib. Məruzələr iştirakçılar tərəfindən çox maraqla qarşılanıb.

Konfransda nəzəri olaraq Cd1-xMnxSe üçün ideal və defekt hallarında elektron zona quruluşunun hesablanması, eksperimental olaraq isə Cd1-xFexS üçün sintaz məsələləri, eptaksial nazik təbəqənin alınması, kristal quruluşunun öyrənilməsi üzrə alınmış nəticələr ətrafında müzakirələr aparılıb. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, M.Mehrabova sözügedən konfransın həm də təşkilat komitəsinin üzvü olub və bölməyə rəhbərlik edib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.