RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.12.2021]

Radiasiya Problemləri İnstitutunda YAP Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) AMEA-nın Radiasiya Problemləri İnstitutundakı Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.

Tədbirdə Radiasiya Problemləri İnstitutunun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın baş məsləhətçisi Elnarə Mustafayeva və İnstitut üzrə Ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Hesabat iclasında əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən söz açıb və hesabat üçün sözü YAP-ın Radiasiya Problemləri İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, İnstitutun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevaya verib.

R.Mehdiyeva ərazi partiya təşkilatının hesabat dövründə səmərəli fəaliyyət göstərdiyini qeyd edib, həmçinin keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra hesabat ətrafında çıxışlar dinlənilib və cari hesabat qənaətbəxş hesab olunub.

İclasın sonunda Yeni Azərbaycan Partiyasının Radiasiya Problemləri İnstitutundakı Ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səsvermədə təşkilat üzvlərinin yekdil qərarı ilə öncəki dövrdə geniş və səmərəli fəaliyyəti diqqətə alınaraq, yenidən sədr vəzifəsi İnstitutun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevaya, müavin vəzifəsi isə fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanova həvalə edilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.