RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.12.2021]

İnstitutda Ümummilli liderin anım gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) qrumun Qadınlar Şurası ilə birgə 12 Dekabr - Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə istər iqtisadi-siyasi, istərsə də elm, təhsil, mədəniyyət və dövlət quruculuğu sahələrində gördüyü işlərdən, aparılmış islahatlar və onların nümunəvi nəticələrindən bəhs edib.

İ.Mustafayev bildirib ki, Ötən əsrin 70-80-ci illərində Azərbaycan elminin yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verən, elmtutumlu istehsal sahələrinin genişlənməsi bilavasitə Heydər Əliyevin rəhbərliyi həyata keçirilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Elmlər Akademiyasının 30 illik yubileyinin keçirilməsi və elmimizin baş qərargahı olan bu mötəbər qurumun “Xalqlar dostluğu” ordeni ilə təltif olunması elm tariximizin parlaq hadisələrindən biridir.

Daha sonra natiq ulu öndərin fəaliyyəti dövründə elm və təhsil istiqamətində əldə olunmuş nailiyyətlərə dair statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışının sonunda İslam Mustafayev bildirib ki, son illər Akademiyada elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə ciddi islahatlar aparılmış və əhəmiyyətli işlər həyata keçirilmişdir. AMEA-da təhsil sistemini müasir səviyyədə inkişaf etdirmək aparılan islahatların başlıca hədəflərindən olmuşdur.

Bu gün xalqımız qətiyyətlə inanır və görür ki, sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə bağlıdır. Ölkəmizdə Xalq – iqtidar həmrəyliyi var və bu, gələcək inkişafımızın təməl prinsipini təşkil edir.

Tədbirdə çıxış edən İnstitutun İcraçı direktoru və Qadınlar Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində yorulmadan tərəqqisi üçün çalışdığı, böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə həmişə qürur duyduğu doğma vətəni Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsi, əbədi və dönməz olması, dinamik inkişaf yolu və beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin gərgin və səmərəli fəaliyyəti sayəsində gerçəkləşmişdir.

Rəvan Mehdiyeva həbçinin bildirib ki, ölkəmizdə qadınların əktiv fəaliyyəti daim diqqət mərkəzində olub və Azərbaycan qadınına ən yüksək qiyməti də ulu öndər Heydər Əliyev verib.

Daha sonra ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda qadınların bütün fəaliyyət sahələrindəki uğurlarından danışan R.Mehdiyeva çıxışının sonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və örnək fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırdığını vurğulayıb.

Anım tədbirinin sonunda ümummilli liderin zəngin, yorulmaz və əvəzolunmaz fəaliyyətindən bəhs edən “Müstəqil Vətənin Memarı” adlı sənədli film nümayiş olunub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.