RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Struktur

"Polimer və elektroaktiv materialların radiasiya fizikası" laboratoriyası

Tel: (+994 12) 5383413
Faks: (+994 12) 5383418
E-mail:

Struktur bölmənin rəhbəri: f.r.e.n. Bayramov Məzahir Nəsrəddin oğlu

İşçilərin ümumi sayı: 9

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
1. İfratyüksəkmolekullu polietilen (İYMPE), yüksək sıxlıqlı polietilen (YSPE), polipropilen (PP), polivinilidenftorid (PVDF) və nanobirləşmələr (Cu2S, CdS, ZnS, α-SiO2, TiO2, Fe3O4 və s.) əsaslı kompozitlərin alınması və onların elektrofiziki, termolüminisent xassələrinin radiasiya və maqnit sahəsi ilə modifikasiyası.
2. Maqnit sahəsində kristallaşdırılmış PE, PVDF və nano-metal oksidlər əsaslı kompozitlərin alınması və elektrofiziki xassələrinin radiasion üsulla modifikasiyası.

Struktur bölmənin əsas elmi nəticələri:
1. İYMPE+α-SiO2 kompozit sistemində nisbətən stabil və radiasiyaya davamlı kompozitlər polimer matrisaya 1-2% həcmində nano-SiO2 daxil etdikdə alınır. Bu materialların dielektrik parametrlərinin tezlik asılılığı onlarda gedən proseslərin relaksasiya təbiətli olduğunu göstərir. Elektrik keçiriciliyinin γ-şüaların udulma dozasından asılılığının tədqiqi əsasında modifikasiyaedici optimal doza həddini 50-100kQr intervalında olduğu müəyyən edilmişdir.
2. IYMPE+1% CdS/ZnS və IYMPE+3% CdS/ZnS kompozitlərinin kompleks dielektrik nüfuzluğunun ε′ həqiqi hissəsinin temperatur asılılığında 1250C-dən sonra ε′-in qeyri-polyar materiallar üçün xarakterik olmayan nisbətən sürətli artımı müşahidə edilmişdir.Hesab edirik ki, qeyd olunan temperaturdan başlayaraq CdS/ZnS binar doldurucusu hissəcikləri kompozitin həcminə yeni yükdaşıyıcılar verir ki, onlar da öz yaxın ətrafında mühitin polyarlaşma dərəcəsinin və bunun nəticəsi olaraq ε′ -in artmasına səbəb olur.
3. PVDF/Fe3O4 kompozitlərinə γ-şüalarının təsiri zamanı aşağı dozalarda (~100kQr) gedən tikilmə prosesi polimer zəncirlərinin və nəticədə dipolların da mütəhərrikliyini azaldaraq ε və tgδ-nin azalmasına, lgρ-nun isə artmasına səbəb olur. Şüalanma dozasının artması ilə (~300kQr) matrisada oksidləşmə və destruksiya prosesinin başlanması səbəbindən bunun əksini müşahidə edirik.
4. PVDF/Fe3O4 kompozitlərinə sabit maqnit sahəsinin (B=0,2Tesla) təsiri nəticəsində ε və tgδ-nin azalması, lgρ-nun isə artmasının səbəbi maqnit xassəli doldurucunun maqnit momentinin sahə istiqamətində istiqamətlənərək ətrafındakı matrisa dipollarının mütəhərrikliyini azaltmasıdır.