RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elmi Şura

AMEA Radiasiya Problemləri İnstitutunun Elmi Şurası haqqında məlumat

    Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun elmi şurası İnstitutun direktorundan, onun elmi işlər üzrə müavinindən, elmi katibdən və institutun aparıcı alimlərindən ibarət qurumdur. Elmi şuraya İnstitutun direktoru rəhbərlik edir. Elmi Şuranın iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. Elmi Şura institutun elmi tədqiqat işlərinin prioritet istiqamətlərini müzakirələr yolu ilə müəyyənləşdirir, laboratoriyaların elmi-tədqiqat işləri haqqında illik hesabatını dinləyir və qiymətləndirir, İnstitutda aparılan müxtəlif elmi araşdırmalar əsasında hazırlanmış məqalələrin müzakirəsini keçirir və nəşrinə icazə verir. İnstitutda laboratoriyaların yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir, professor və dosent elmi adlarının verilməsi, laboratoriya rəhbərlərinin seçilməsi və geri çağrılması, fəxri adların verilməsi haqqında Elmi Şuranın qərarları müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir. Elmi Şuranın qərar çıxarması üçün keçirilən iclasda onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 2/3 hissəsi müzakirə olunan məsələnin lehinə səs verərsə qərar qəbul olunmuş hesab edilir.

Sədr:
Mustafayev İslam İsrafil oğlu

Müavin:
Mehdiyeva Rəvan Nadir qızı

Katib:
Nuriyev Musa Abduləli oğlu

Üzvlər:
1. Abdullayev Mahmud Abdulla oğlu
2. Abiyev Əsgər Əli Qulam oğlu
3. Ağayev Teymur Nemətulla oğlu
4. Cəfərov Elimxan Süleyman oğlu
5. Qurbanov Müslüm Əhməd oğlu
6. Mədətov Rəhim Səlim oğlu
7. Səmədov Oqtay Əbil oğlu
8. Sərdarlı Rauf Mədət oğlu
9. Mahmudov Hökmən Mövəcət oğlu
10. Məmmədov Şiraz Məcnun oğlu
11. Xəlilov Rövşən İbrahimxəlil oğlu
12. Hümbətov Famil Yusif oğlu
13. Məmmədov Xəqani Fərzulla oğlu
14. Əhmədov Fərid İbrahim oğlu
15. Mikayılova Əminə Cümşüd qızı (Həmkarlar təşkilatının sədri)
16. Salmanov Famin Tahir oğlu (RPİ-nin Gənc alim və mütəxəssislər Şurasının sədri)