RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.02.2023]

Radiasiya Problemləri İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı və İnstitutun Həmkarlar Təşkilatının dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gənc alim və mütəxəssisləri “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbrik edib və onlara gələcək elmi-ictimai fəaliyyətlərində uğurlar arzulayıb. İ.Mustafayev bildirib ki, ölkəmizdə əsası ümumilli lider H.Əliyev tərəfindən qoyulan və ölkənin bu sahədə apardığı siyasətin təməl istiqamətlərdən biri olan gənclər siyasəti bu gün də Prezident İ. Əliyev tərəfindən uğurla davam etdirilir və bütün elmi-ictimai fəaliyyət sahələrində dövlətimizin gənclərə olan etimadı tamdır. Gənclərin ölkəmizin inkişafındakı rolunu yüksək qiymətləndirən İ.Mustafayev bu çətin və məsuliyyətli mərhələlərdə xüsusilə vətənpərvər gəncliyin üzərinə düşən vəzifələrin əhəmiyyətini bir daha nəzərə çatdırıb və bu yolda onlara daim dəstək olacağını qeyd edib.

Tədbirdə daha sonra İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək gəncləri təbrik edib. R.Mehdiyeva həmçinin bildirib ki, Ulu Öndər Heydər Əliyevin gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq tarixi qərarları, fərman və sərəncamları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini bildirən R.Mehdiyeva gənclərin mənəvi inkişafı və vətənpərvərlik tərbiyəsi, xaricdə təhsilin təşviqi və elmi-ictimai fəaliyyət istiqamətində görülən işlər, eləcə də gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqət və qayğının məntiqi nəticəsi olduğunu vurğulayıb.

Daha sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Əli Məmmədov və İnstitutun doktorantı Lamiyə Sadıqlı çıxış edərək gəncləri təbrik ediblər. Çıxış edənlər Azərbaycan gəncliyinə olan etimadın tam doğruldulması üçün daima böyük səylə çalışacaqlarını bildiriblər və gənc əməkdaşlara göstərilən diqqət və qayğının ən böyük stimul olduğunu qeyd ediblər.

Tədbirin sonunda 2022-ci ildəki elmi və ictimai fəaliyyətinə görə Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşları – Əli Məmmədov, Gülçin Mahmudlu, Elnur Mehtiyev, Sona Məmmədli, Hüsniyyə Necati Solut və Naibə Cavadzadəyə İnstitut tərəfindən Fəxri Fərman təqdim olunub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.