RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.10.2023]

Radiasiya Problemləri İnstitutunda “Sensor texnologiyaları”na həsr olunmuş seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Türkiyənin Bolu Abant İzzet Baysal Universitetinin professoru Ercan Yılmaz tərəfindən “Sensor texnologiyaları”na həsr olunmuş seminar keçirilib.

Avropa komissiyasının maliyyələşdirdiyi HORIZON-MSCA-2021-SE-01 çağırışı üzrə Nüvə Təbabəti üçün Qabaqcıl Hibrid “Maqnit Rezonans/Pozitron Emissiya Tomoqrafiyası” Skanerləri üçün İnnovativ Fotodetektor Modulu (Innovative Photodetector Module for advanced Hybrid “Magnetic Resonance Imaging/Positron Emission Tomography” Scanners for Nuclear Medicine (Grant Number No. 101086178) within the EU Horizon 2021 MSCA Staff Exchanges program HORIZON-MSCA-2021-SE-01) adlı layihə çərçivəsində keçirilən seminarda Radiasiya Problemləri İnstitutunun, Fizika İnstitutunun və Bolu Abant İzzet Baysal Universitetinin alimləri iştirak edib.

Sözügedən seminarda professor Ercan Yılmaz yarımkeçirici sensorların hazırlanma texnologiyasından, onların müasir problemləri və tətbiq sahələri haqqında geniş məlumat verib.

Seminarın sonunda gələcək əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.

Qeyd edək ki, professor Ercan Yılmaz yarımkeçirici cihazların hazırlanması və tətbiqi sahəsi üzrə 2004-2005-ci lillərdə Fransanın Henri Bekerel laboratoriyasında, 2010-2011 illərdə Amerikanın Kaliforniya Universitetində və 2012-2013 cü illərdə İrlandiyanın Tyndall Milli İnstitutunda işləyib, eləcə də 50-dən çox beynəlxalq və yerli qrantlarda rəhbər və iştirakçı kimi iştirak edib.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.