RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.11.2023]

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

28 noyabr 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda İnstitutun doktorantı Orucova Xəyalə Bəybala qızının “Tlİn1-xCxS2 kristallarının dielektrik və elektrik xassələrinə ionlaşdırıcı şüalanmanın təsiri” mövzusunda məruzəsi dinlənilmişdir.

İnstitutun bu elm sahəsində çalışan alimlərinin iştirak etdiyi seminarda məruzə geniş müzakirə edilmiş, elmi-tədqiqat işinin müxtəlif metodları, aparılan ölçmələrin nəzəri əsasları, alınan nəticələr haqda verilən suallar Xəyalə Orucova tərəfindən cavablandırılmış, qamma şüalanma ilə bağlı gələcək tədqiqatlarda daha geniş və ətraflı analizlərin aparılması haqda doktaranta məsləhətlər verilmişdir.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.