RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.12.2023]

Radiasiya Problemləri İnstitutu yeni əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu (RPİ) ilə Geologiya və Geofizika İnstitutu (GGİ) arasında elmi əməkdaşlığa dair üçillik müqavilə imzalanıb.

Sözügedən sənədi Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev və Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə imzalayıblar.

Qeyd edək ki, tədbirdə Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, İnstitutun elmi katibi, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, “Radiokimya və Radioprotektorlar” laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent Xaqani Məmmədov, “Radioekologiya” laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov, “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının baş elmi işçisi, fizika elmləri doktoru, dosent Elçin Hüseynov da iştirak edib.

Müqavilə çərçivəsində tərəflər elmi potensialın birləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə geoloji və geofiziki tədqiqat işlərinin aparılması və bölgədə yaranmış ekoloji və radioekoloji problemlərin kompleks həllinin həyata keçirilməsi istiqamətində elmi əməkdaşlıq həyata keçirəcəklər.

İlkin olaraq tərəflər arasında “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələr”in geoloji təbiətinin təhlili” mövzusu üzrə (rəhbər AMEA-nın müxbir üzvi Çingiz Əliyev) Qarabağ iqtisadi zonasının işğaldan azad edilmiş ərazilərində yerüstü radiometrik ölçmələrin aparılması və radon qazının həcmi aktivliyinin təyini, eləcə də tədqiqat ərazisindən götürülmüş müxtəlif nümunələrin laborator şəraitdə qamma-spektrometrik analizinin aparılması və radionuklid tərkibinin müəyyənləşdirilməsi, həmçinin tədqiqat ərazilərinin radioekoloji reabilitasiyası üçün elmi cəhətdən əsaslandırılmış tədbirlər planının hazırlanması üzrə birgə fəaliyyət nəzərdə tutulur.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.