RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.09.2014]

AMEA RPİ-nin şöbə rəhbəri fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabova Çexiya Respublikasının Praqa şəhərində keçirilən Photonics Prague 2014 Beynəlxalq Konfransında dəvətli məruzəçi kimi iştirak edib

       AMEA Radiasiya Problemləri Institutunun şöbə rəhbəri fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabova 27-29.08.2014 tarixində Çexiya Respublikasının Praqa şəhərində keçirilən Photonics Prague 2014 Beynəlxalq Konfransında dəvətli məruzəçi kimi “ CdMnTe yarımmaqnit yarımkeçiricilərinin elektrofiziki xassələri və müxtəlif yük hallarında defektlərin yaranma enerjisi” adlı məruzə ilə çıxış etmişdir. 22 ölkənin iştirakı ilə keçirilən beynəlxalq konfransda M.Mehrabovanın məruzəsi maraqla qarşılanmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Konfransın sədri prof. Pavel Tomanek, plenar məruzəçi prof. İ.M.Dharmadasa, prof. Ronald İ. Lachmayer, prof. M.P.Mixaylova, Dr.D.Senderakova, Dr. H.Strese və başqa alimlərlə müzakirələr aparılmış və gələcək birgə iş planları müzakirə edilmişdir. Konfransda iştirak UETM-nin dəstəyi ilə baş tutmuşdur.