RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.09.2014]

AMEA RPİ-nin şöbə rəhbəri fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabova Türkiyənin Ankara şəhərində Orta Doğu Texniki Universitetində ezamiyyətdə olmuşdur

       AMEA Radiasiya Problemləri Institutunun şöbə rəhbəri fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabova 08-17.09.2014 tarixində Türkiyənin Ankara şəhərində Orta Doğu Texniki Universitetində (ODTU) Metallurgiya və Material mühəndisliyi və Fizika bölmələrində ezamiyyətdə olmuşdur. M.Mehrabova Metallurgiya və Material mühəndisliyi bölməsinin laboratoriya müdiri, İslam dünyası Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Həmidulla Mehrabovun rəhbərlik etdiyi Avropanın və Türkiyənin böyük həcmli layihələri əsasında alınmış cihazlarla təchiz edilmiş labortoriyada aparılan son dərəcə əhəmiyyətli və innovativ işlərlə və cihazlarla tanış olmuşdur, elmi müzakirələr aparılmışdır. M.Mehrabova həmçinin Fizika bölməsində fizika riyaziyyat üzrə elmlər doktoru, prof. Təhmasib Əliyev və fizika-riyaziyyat üzrə elmlər doktoru, prof. Nizami Həsənli, prof. Dr. Rəşid Turanla elmi müzakirələr aparmış, görülən işlərlə tanış olmuşdur. Nəticədə ODTU ilə AMEA Radiasiya Problemləri İnstitutu arasında birgə əməkdaşlıq imkanları müəyyənləşdirilmişdir.