RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[09.04.2015]

AMEA-nın Radiasiya Problemləri İnstitutunun "Radiobiologiya" laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Elimxan Cəfərovu 60 illik yubileyi münasibətilə təbrik edirik!

Elmxan Süleyman oğlu Cəfərov     Cəfərov Elimxan Süleyman oğlu 9 aprel 1955-ci ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə orta məktəbi qızıl medal ilə bitirib, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1977-ci ildə universiteti bitirib. O, 1981-ci ildə Azərb. SSR EA – nın Bioloji Tədqiqatlar Elmi Mərkəzində elmi fəaliyyətə başlamış və həmin ildə də təcrübəçi – tədqiqatçı qismində SSR EA – nın Kimyəvi-fizika instituna (Moskva ş.) ezam edilmişdir. Ezamiyyət müddəti bitdikdən sonra E.S. Cəfərov həmin İnstitutun əyani aspiranturasına daxil olmuş və 1986-cı ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. Aspiranturanı bitirdikdən sonra E.S. Cəfərov öz elmi fəaliyyətini Azərb. SSR EA – nın Fizika İnstitunun “ Fiziki – kimyəvi biologiya” sektorunda kiçik elmi işçi kimi davam etdirmişdir. Işlədiyi sektorun Azərbaycan EA-nın Botanika institunun tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq, 1988-ci ildən həmin İnstitutun "Radiobiologiya və radiokimya" şöbəsində əvvəlcə böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
     Azərbaycan MEA-nın Rəyasət Heyətinin 15.01.2003-cü il tarixli qərarına əsasən işlədiyi "Radiobiologiya və radiokimya" şöbəsinin yeni yaradılmış Radiasiya Problemləri İnstitutunun strukturuna daxil edilməsi ilə əlaqədar olaraq, E.S. Cəfərov həmin tarixdən institutun aparıcı elmi işçisi olmuş, 01.03.2003-cü il tarixindən bu günə qədər isə İnstitutun "Radiobiologiya" laboratoriyasının rəhbəri vəzifəsində çalışır.
     E.S. Cəfərovun rəhbərlik etdiyi laboratoriya kiçik dozalı radiasiyanın bioloji təsir mexanizminin araşdırılması ilə məşğul olur. Onun elmi işlərinin nəticələri bir çox nüfuzlu beynəlxalq konfranslarda dinlənilmiş və beynəlxalq jurnallarda çap edilmişdir.
     E.S. Cəfərov 140-a yaxın elmi işin, 2 müəlliflik şəhadətnaməsinin, 2 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifidir.
     E.S. Cəfərov “Radiasiyanın müasir problemləri” üzrə Beynəlxalq Şuranın üzvüdür və Sumqayıt Dövlət Universitetinin professorudur.
     AMEA-nın Radiasiya Problemləri İnstitutunun “Radiobiologiya” laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Cəfərov Elimxan Süleyman oğlunu 60 yaşı tamam olur. Elimxan Cəfərovu yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona Ulu Tanrıdan uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yollarında uğurlar arzulayırıq.