RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.04.2015]

AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika elmləri doktoru Bəxtiyar Nəcəfov Rusiyada ezamiyyətdə olacaq

      AMEA Radiasiya Problemləri İnstitutunun "Yarımkeçiricilərin radiasiya fizikası" laboratoriyasının aparıcı elmi işçisi, fizika elmləri doktoru Bəxtiyar Nəcəfov 18-24.05.2015 tarixindən 7 gün müddətində Rusiyanın paytaxtı Moskva şəhərində ezamiyyətdə olacaq. B.A.Nəcəfov Rusiya Təbiət Elmləri Akademiyasının 20 illik yubileyi ərəfəsində "Elm və maarifə xidmətə görə" Böyük Yekaterina orderinə layiq görülüb.
      Ezamiyyətin əsas məqsədi Rusiya Təbiət Elmləri Akademiyasının 20 illik yubileyi tədbirində və həmin orderin təqdimatında iştirak etməkdir.