RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[09.06.2015]

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının Almaniyada monoqrafiyası dərc olunub

      AMEA Radiasiya Problemləri İnstitutunun radioekologiya laboratoriyasının əməkdaşları - aparıcı elmi işçi, b.ü.f.d. Aygün Nəsibova və Bakı Dövlət Universitetinin professoru, f.-r.e.d. Rövşən Xəlilovun müəllifliyi ilə Almaniyada "Парамагнитные центры в фотосинтезирующих биологических системах" adlı monoqrafiya dərc olunub. Monoqrafiya xloroplastlarda və subxloroplast fraqmentlərində paramaqnit mərkəzlərin stasionar və kinetik xassələrinin tədqiqinə həsr edilmişdir. Suyun parçalanma sistemində manqanın vəziyyətinin öyrənilməsinə, metaltərkibli fotosistem 2 (FS 2) paramaqnit mərkəzlərinin tərkibinin aydınlaşdırılmasına xüsusi diqqət ayrılmışdır. FS 2-nin oksidləşdirici və reduksiyaedici tərəflərində baş verən reaksiyalar, həmçinin UB işığın paramaqnit mərkəzlərə və FS 2-nin elektron nəliyyat reaksiyalarına təsiri öyrənilmişdir. Eyni zamanda, monoqrafiyada Abşeron yarımadasının bəzi bitki növlərində paramaqnit mərkəzlər öyrənilmiş, müxtəlif stress amillərin dəmir oksidi maqnit nanohissəciklərini xarakterizə edən EPR siqnalının intensivliyinə təsiri tədqiq edilmişdir.