RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.06.2015]

Radiobiologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Elimxan Cəfərov beynəlxalq konfransda iştirak edib

      Radiobiologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Elimxan Cəfərov Rusiya Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun, Rusiya Elmlər Akademiyasının, Sankt – Peterburq Elm Mərkəzinin, Moskva Dövlət Universitetinin və bir çox digər Elmi- tədqiqat institutlarının Sankt – Peterburq şəhərində keçirdiyi “Genetikanın, Radiobiologiyanın, Radioekologiyanın və Təkamülün müasir problemləri” mövzularına həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün 31 may 2015-ci il tarixindən 7 iyun 2015-cü il tarixinədək Rusiya Federasiyasının Sankt – Peterburq şəhərində ezamiyyətdə olmuşdur. O, konfransın “Radioekologiya” bölməsinin “Yer səthinin radiasiyası və qidroekologiya” seksiyasına həmsədrlik etmiş və “Toxumları səpindən əvvəl müxtəlif dozalarda γ- şüalanmanın təsirinə məruz qalmış bitkilərin duz stresinə  adaptasıyasının tədqiqi” mövzusunda çıxış etmişdir.
      Cəfərov E.S., əlavə olaraq, konfransın açılışında və bağlanışında iştirak etməklə yanaşı, həm də Genetikaya həsr olunmuş “Dəyişkənlik qanunları”, Radiobiologiyaya həsr olunmuş “Kiçik dozalı radiasiya: mexanizmləri və  təsir effektləri”, Radioekologiyaya həsr olunmuş “Radiasiya xüsusiyyətləri və ətraf mühitin vəziyyətinə dair biomüxtəlifliyin asılılığı” və Təkamül proseslərinə həsr olunmuş “Təkamül prinsipləri” diskussiyalarında və dəyirmi masa ətrafındakı müzakirələrdə iştirak etmişdir.