RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.06.2015]

AMEA Radiasiya Problemləri İnstitutunun şöbə rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabova və şöbənin mühəndisi Vüsalə Poladova Türkiyənin Ankara şəhərində ODTU-da ezamiyyətdə olmuşlar

      AMEA Radiasiya Problemləri İnstitutunun şöbə rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabova və şöbənin mühəndisi Vüsalə Poladova 13-22 iyun 2015-ci il tarixində Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texniki Universitetində (ODTU) Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində ezamiyətdə olmuşlar.
      Onlar, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentinin Yüksək Texnologiyalı Materialların Dizaynı və İnkişaf etdirilməsi labortoriyasında aparılan elmi tədqiqat ishləri ilə tanış olmuş, “Monte Karlo” nəzəri hesablama metodunun işləmə prinsipini öyrənmişlər. ODTU-nun Metallurgiya və Materiallar Mühəndisliyi Departamentinin Yüksək Texnologiyalı Materialların Dizaynı və İnkişaf etdirilməsi labortoriyası ilə AMEA –nın Radiasiya Problemləri İnstitutu arasında birgə əməkdaşlıq perspektivləri müəyyən edilmişdir.