RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.06.2015]

AMEA Radiasiya Problemləri institutunun Radioekologiya laboratoriyasının aparıcı elmi işçisi, professor Rövşən Xəlilov Moskva şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetində ezamiyyətdə olmuşdur

      AMEA Radiasiya Problemləri institutunun Radioekologiya laboratoriyasının aparıcı elmi işçisi, professor Rövşən Xəlilov 20-28 iyun 2015-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Neftin fiziki-kimyəvi xassələrinə fiziki amillərin təsirin kompleks tədqiqi” adlı beynəlxalq qrant layihəsi çərçivəsində Moskva şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində ezamiyyətdə olmuşdur. MDU-nun alimləri ilə birgə müasir cihaz və üsullarla layihə mövzusu üzrə bir sıra elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Digər tərəfdən ezamiyyət çərçivəsində REA-nın A.V. Şubnikov adına Kristalloqrafiya institutunda Messbauer spektroskopiyası ilə mühüm elmi nəticələr alınmışdır.