RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.12.2015]

AMEA Radiasiya Problemləri İnstitutunda xalqımızın ümummilli lideri, Heydər Əliyevin anım günü qeyd edildi

      11.12.2015 tarixində AMEA Radiasiya Problemləri İnstitutunda xalqımızın ümummilli lideri, Heydər Əliyevin anım günü qeyd edildi. Tədbiri giriş sözü ilə institutun direktoru f.-.r.e.d., professor Oktay Səmədov açdı. Ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra institutun elmi işlər üzrə direktor müavini f.-r.e.n., dosent Rəvan Mehdiyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən və elmin inkişafına verdiyi dəyərdən və dəstəkdən danışdı. Qeyd edildi ki, tarixi şəxsiyyət Hedər Əliyevin siyasi yolu dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. R.Mehdiyeva Azərbaycan prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr edilmiş ümumi yığıncaqda azərbaycan alimlərinin qarşısında etdiyi çıxışından danışdı və bir sıra məqamları tədbir iştirakçılarının diqqətinə çatdirdı. O, bildirdi ki, elmi tədqiqat işlərinin prioritet istiqamətlərə yönəldilməsi və innovativ xarakterli olması zəruridir.
      Tədbirin sonunda AMEA Radiasiya Problemləri İnstitutunun direktoru f.-.r.e.d., professor Oktay Səmədov qeyd etdi ki, bu günkü uğurlarımızın əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.