RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.03.2016]

AMEA Radiasiya Problemləri İnstitutunun "Nizamsız bərk cisimlərin radiasiya fizikası" laboratoriyasının aparıcı elmi işçisi Mətanət Mehrabova Rusiya Federasiyasının Moskva şəhərində seminarda iştirak etmişdir

      AMEA Radiasiya Problemləri İnstitutunun “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının a.e.i., f.-r.e.n. dosent Mətanət Mehrabova 29.02.2016 - 04.03.2016 tarixində Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna), BMT-nin Hava Üzrə Avropa İqtisadi Komissiyasının Bitkilər Üzrə Beynəlxalq Əməkdaşlıq Proqramı (UNECE ICP Vegetation) çərçivəsində keçirilən seminarında iştirak etmək üçün dəvət olunmuşdur. O, həmin tədbirdə iştirak etmək üçün 29.02.2016 - 04.03.2016 tarixində Moskva vilayətinin Dubna şəhərində ezamiyyətdə oldu.
      "Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun 60-illik yubileyinə ithaf edilmiş BMT-nin Bitkilər Üzrə Beynəlxalq Əməkdaşlıq Proqramının işçi qrupunun 29-cu iclasında 30-dan çox ölkə 85 iştirakçı ilə təmsil olunurdu. 5 gün davam edən iclasda Proqramın üzvü olan iştirakçı dövlətlərin hesabatları dinlənildi və müzakirə edildi. Həmin ölkələrin nümayəndələri öz ərazilərində və transsərhəd zonalarda hava üzrə ekoloji durumun vəziyyətinin araşdırılması və əldə etdikləri nəticələr barədə illik hesabatlarını təqdim etdilər. İclasda havanın mamırlar vasitəsilə ağır metallar və radioaktiv elementlərlə və həmçinin ozonla çirklənməsi məsələləri müzakirə edildi, metod və təkliflərə yenidən baxıldı.
      Azərbaycana dair ilkin tədqiqatların nəticələri tədbir iştirakçılarına təqdim edildi. Azərbaycanın adı çəkilən proqrama qoşulması üçün plan proqram hazırlandı. Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə AMEA Radiasiya Problemləri İnstitutu (RPİ) arasında elmi əməkdaşlıq müqaviləsi imzalanması üçün hazırlıqların aparılması qərara alındı. Avropa ölkələrindən olan nümayəndə heyətləri ilə danışıqlar aparıldı və AMEA RPİ-nin Avropa İttifaqının qrantlarında birgə iştirakına dair razılaşmalar əldə edildi. Digər tərəfdən, Norveç Elm və Texnologiya Universiteti, Türkiyənin İstanbul Texnik Universiteti, Tbilisi Dövlət Universiteti, Qazaxıstan Nüvə Tədqiqatları Mərkəzi və digər təşkilatlarla birgə layihələrin verilməsi üzrə nümayəndə heyətləri arasında razılaşma oldu.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.