RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.03.2017]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alinmiş namizədlərin elmi fəaliyyətləri müzakirə edilib

      Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro iclası keçirilib.
      Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nazim Məmmədov gündəlikdəki məsələlər haqqında məlumat verərək iclasın FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunduğunu bildirib.
      Bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə, ümumilikdə 63 namizədin qeydə alındığını qeyd edən N.Məmmədov onların hər birinə uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə elmin ən yüksək nailiyyəti sayılan sözügedən adlar elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən və görkəmli xidmətləri olan alimlərə verilir.
      Daha sonra iclasda hər bir namizəd öz fəaliyyəti, əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdiyi mühüm töhfələrə dair ətraflı məlumat verib.
      Sonda namizədlərin təqdimatlarına dair geniş fikir mübadiləsi aparılıb.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.