RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.12.2018]

İnstitutun əməkdaşları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.

Dekabrın 12-də AMEA Radiasiya Problemləri İnstitutunun rəhbərliyi və əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Elm xadimləri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

Ziyarətdə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın muxbir-üzvü Oqtay Səmədov, elmi-işlər üzrə direktor müavini Rəvan Mehdiyeva, Elmi katib Musa Nuriyev və digərləri iştirak edib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.