RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.07.2019]

AMEA-nın müxbir üzvü Oqtay Səmədov beynəlxalq konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Qazaxstan Respublikasının Almatı şəhərində keçirilən Beynəlxalq konfransda iştirak edib.

Qazaxstan Respublikasının Energetika Nazirliyi və Nüvə Fizikası İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Nüvə və Radiasiya fizikası” adlı 12-ci Beynəlxalq və “Tibb, sənaye və kənd təsərrüfatında nüvə və radiasiya texnologiyaları” adlı 1-ci Beynəlxalq konfransında iştirak edən O.Səmədov tədbirin ikinci günündə «Исследование импеданского спектра и оптических свойств кристалла TlInS2 после имплантации ионами водорода и гелия» adlı məruzə ilə çıxış edib, həmçinin Konfransın digər bir bölməsinin iclasına sədrlik edib.

Qeyd edək ki, sözügedən Konfrans ərzində Radiasiya Problemləri İnstitutu və Qazaxstanın Nüvə Fizikası İnstitutu arasında gələcək əməkdaşlığın istiqamətləri geniş müzakirə edilib




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.