RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Struktur

«Radiokimya» laboratoriyası

Tel: (+994 12) 5384758
Faks: (+994 12) 5398318
E-mail: xagani06@mail.ru

Struktur bölmənin rəhbəri:
Məmmədov Xəqani Fərzulla oğlu
Kimya elmləri doktoru

İşçilərin ümumi sayı: 17

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
1. Radioaktiv maddələrin və ksenobiotiklərin ətraf mühit obyektlərində paylanması, radioaktiv şüaların ətraf mühitə təsiri və ksenobiotiklərin və təbii toksinlərin radiolitik çevrilmələri ilə əlaqəli radioekoloji problemlər, radiasiya təhlükəsizliyinin elmi əsasları.
2. Sulu məhlullarda, o cümlədən təbii radioaktiv izotopların iştirakı ilə gedən radiasiya-kimyəvi çevrilmələrin tədqiqi.
3. Radioizotoplarla çirklənmiş ətraf mühit obyektlərinin effektiv təmizlənmə üsullarının işlənib hazırlanması.
4. Fiziki-kimyəvi tədqiqatların və termodinamik hesablamaların nəticələrinə əsasən texnogen qəza tullantılarının yayılmasının dayandırılması və neft yangınlarının effektiv söndürülməsi üsullarının işlənilməsi.
5. Fiziki-kimyəvi tədqiqat üsulları ilə ionlaşdırıcı şüalanma növlərinin nüvə reaktorlarında istifadə edilən maddələrə təsirlərinin tədqiqi.
6. Aşağıfonlu ölçmələrdə və nüvə təbabətində istifadə edilən maddələrin ağır radionüklidlərdən yüksək tərtibdə təmizlənməsi üsullarının işlənməsi.

Struktur bölmənin əsas elmi nəticələri:
1. Azərbaycan Respublikasının radioekoloji vəziyyətini xarakterizə edən əsas faktorlar (radionuklidlərlə, ksenobiotiklərlə, patogen mikroorqanizmlərin təbii toksinləri ilə çirklənmə), ətraf mühit obyektlərində aşkar olunmuş təbii radionuklidlərin miqdarı, paylanması və onların mövcud radioekoloji duruma təsiri tədqiq olunmuşdur. Respublikamızın əsas içməli su mənbələrində və qrunt sularında radionuklidlərin paylanmasının və miqdarının beynəlxalq normativlərin tələblərindən yüksək olmaması müəyyənləşdirilmişdir. Azərbaycan çaylarında, su hövzələrində, dib çöküntülərində və torpaq örtüklərində müşahidə olunmuş radioaktiv elementlərin miqrasiya və akkumulyasiyasının ümumi sxemi tərtib edilmişdir.
2. Neft-qaz istehsalı proseslərindən ətraf mühitə yayılmış təbii radionüklidlərin su-miqrasiyası və translokasiyası nəticəsində çirklənmiş local xarakterli ərazilərdən şüalanmanın ətrafdakı ümumi radiasiya fonuna təsiri öyrənilmişdir. Neft-kimya sənayesi obyektlərində və ətraflarında, dağlarda və dağətəyi ərazilərdə təbii radionuklidlərin miqdarının nisbətən yüksək olması müəyyənləşdirilmiş, təbii radionuklidlərin münbit torpaq örtüyünün, yeraltı və yerüstü su mənbələrinin tərkib komponentlərinə və xassələrinə təsirləri öyrənilmiş və analitik təhlili aparılmışdır.
3. Ətraf mühit obyektlərində, xammallarda, bitkiçilik məhsullarında ksenobiotiklərin və təbii kontaminantların təyini, bu məhsulların radiolitik sterilizasiyasının və itkisiz saxlanmasının tamlığını təmin etməyə, şüalandırılmış məhsulların mikrobioloji göstəricilərinın Sanitar normativlərin tələblərinə uyğunlaşdırılmasına imkan verən optimal parametrlər təyin edilmişdir.
4. Texnogen qəza tullantılarının (neft məhsullarının) ətrafa yayılmasının və buxarlanmasının qarşısının alınması üçün effektiv kimyəvi üsul işlənib hazırlanmışdır və təcrübədə (“General Şıxlinski” tankerində baş vermiş qəza zamanı) tətbiq edilmişdir.
5. Neft yangınlarının effektiv söndürülməsinin nəzəri əsasları işlənmiş və laborator təcrübələrlə yoxlanmışdır.
6. Neft məhsullarının və üzvi mənşəli tullantıların sulu məhlullarda ağac yonqarlarına adsorbsiyasına radioaktiv şüalanmanın təsiri öyrənilmişdir.
7. Təbii radioaktiv izotopların iştirakı ilə (Na22, K40) sulu məhlullarda gedən radiasiya-kimyəvi çevrilmələr tədqiq edilmiş və bu izotopların prosesin böyük endotermikliyə malik elementar mərhələlərinin reallaşmasında rolu öyrənilmişdir. Radioizotoplarla çirklənmiş ətraf mühit obyektlərinin effektiv təmizləmə üsulları işlənilmişdir.
8. Fiziki-kimyəvi tədqiqat üsulları ilə ionlaşdırıcı şüalanma növlərinin nüvə reaktorlarında istifadə edilən maddələrə (B4C, B6Si və s.) müxtəlif mühitlərdə təsirləri tədqiq edilmiş və termodinamik hesablamalarla alınmış nəzəri göstəricilərlə müqayisə edilmişdir.
9. Aşağıfonlu ölçmələrdə istifadə edilən yüksək təmizlikli selen alınmış, nüvə təbabətində istifadə edilən maddələrin ağır radionüklidlərdən yüksək tərtibdə təmizlənməsi üsulları və selenin Th, U, Ra, Ac və K elementlərindən temizlənməsi, UTEVA–HCl adsorbsiya sistemində aktinoidlərin lantanoidlərdən ayrılması tədqiq edilmiş, 60 elementin ion-mübadilə sorbentləri ilə müxtəlif qatılıqlı ammonium asetat məhlulunda paylanma sabiti təyin edilmişdir.