RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.03.2019]

Laboratoriyaların birləşmiş Elmi Seminarı keçirilib

Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda laboratoriyaların birləşmiş Elmi Seminarı keçirilib. Seminarda “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasının kiçik elmi işçisi, İnstitutun doktorantı Fərqan Əsədov “Qamma kvantlarla şüalandırılmış laylı GaS və GaS:Yb monokristallarında səth prosesləri” mövzusunda geniş şəkildə çıxış edib.

Seminarda həmçinin F.Əsədovun “Radiasiya materialşünaslığı” ixtisasından fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi də keçirilib, müəllif tərəfindən auditoriyanın sualları cavablandırılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.