RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.10.2020]

İşğaldan azad olunmuş ərazilərdə ekoloji monitorinqlər üzrə müzakirə aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda AMEA-nın Geologiya və Geofizika İnstitutunun təklifi ilə işğaldan azad edilmiş ərazilərimizin monitorinqi ilə bağlı görüş keçirilib.

İşğaldan azad olunmuş ərazilərdə ekoloji monitorinqlər üzrə müzakirə aparılıb
[06.10.2020]

Radiasiya Problemləri İnstitutu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə öz vəzifə maaşlarından könüllü olaraq 4755 manat, İnstitutun Həmkarlar Təşkilatı tərəfindən isə 2000 manat vəsait Silahlı Qüvvələrə Yardım Fonduna köçürülüb.

Radiasiya Problemləri İnstitutu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
[05.10.2020]

ELAN

Azərbaycan Milli EA Radiasiya Problemləri İnstitutu aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:

ELAN
[05.10.2020]

ELAN

Azərbaycan Milli EA Radiasiya Problemləri İnstitutu aşağıdakı laboratoriyaların rəhbəri vəzifəsini tutmaq üçün müsabiqə elan edir:

ELAN
[01.10.2020]

İnstitutun alimləri Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdiriblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimləri milli ordumuza dəstək nümayiş etdiriblər.

Bu münasibətlə təşkil olunmuş iclasda giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov bildirib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək təmas xəttində yerləşən yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.

İnstitutun alimləri Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdiriblər
[28.09.2020]

Akademik İsa Həbibbəyli: "Azərbaycan Prezidentinin siyasəti qalib gələcək"

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsində ermənilərin təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar müraciəti müstəqil dövlətimizin və xalqımızın haqq sözünün ifadəsidir.

Bu sözləri AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Akademik İsa Həbibbəyli: "Azərbaycan Prezidentinin siyasəti qalib gələcək"
[27.09.2020]

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bəyanatı

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələri təxribata əl ataraq cəbhəboyu ərazidə yerləşən Azərbaycan kəndlərini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoymuşlar. Dinc sakinlər və hərbi qulluqçular arasında itkilərə gətirib çıxaran bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışlar. Qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində Füzuli rayonunun işğal altında olan 6, Cəbrayılın isə 1 kəndi erməni qəsbkarlarından təmizlənmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bəyanatı
[25.09.2020]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iclasın gündəliyində yer alan bir sıra elmi-təşkilati və kadr məsələləri haqqında məlumat verib. Akademik Ramiz Mehdiyev bildirib ki, iclasda AMEA Rəyasət Heyətinin kadr potensialının gücləndirilməsi, müasir qloballaşma şəraitində virtual mühitdə milli kontentin inkişaf etdirilməsi, xalqımızın tarixi, ədəbi, mədəni irsinin qorunub saxlanılması və geniş təbliği, prioritet və aktual elmi istiqamətlər üzrə kompleks proqramların qəbul edilməsi, dünyanın nüfuzlu qurumları ilə qarşılıqlı elmi əməkdaşlıq kontekstində bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, AMEA-nın elmi müəssisələrinin strukturunun və elmi kadr hazırlığı sisteminin daha da təkmilləşdirilməsi, görkəmli alimlərin yubileylərinin qeyd edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
[25.09.2020]

“Elm” qəzetinin yeni sayı nəşr olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 14-cü nömrəsi çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışı yer alıb.

“Elm” qəzetinin yeni sayı nəşr olunub
[22.09.2020]

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimləri, kimya elmləri doktoru, professor Teymur Ağayev, fizika üzrə fəlsəfə doktoru Sevinc Məlikova və fizika elmləri doktoru Nüşabə Hacıyevanın həmmüəllifi olduğu məqalə “Journal of Physical Studies” Beynəlxalq jurnalında dərc olunub.

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
[15.09.2020]

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti

-Əziz müəllimlər, tələbələr, şagirdlər.

Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür ...

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti
[14.09.2020]

Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib

Azərbayacan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “Radiasiya materialşünaslığı” ixtisası üzrə bu il qəbul olunan I kurs və hazırda təhsil alan II kurs magistrantlarla görüş keçirilib.

Karantin rejiminin tələblərinə uyğun formada və izolyasiya şəraitində təşkil olunan görüşdə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov görüş iştirakçılarını salamlayıb və magistrantlara uğurlar arzu edib.

Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib
[14.09.2020]

Doktorantura və dissertanturaya sənəd qəbulu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu 2020 - ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu elan edir. Sənədlər 14 sentyabr 2020-ci il tarixindən 7 oktyabr 2020-ci il tarixinə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 1000 - dan 1700 - dək qəbul ediləcək. Sənədlər AMEA Radiasiya Problemləri İnstitutunun Təhsil şöbəsinə təqdim edilməlidir.

Doktorantura və dissertanturaya sənəd qəbulu
[07.09.2020]

İnstitutun gənc alimi xarici jurnalın redaksiya heyətinə üzv seçilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun «Heterogen Proseslərin Rasiasiya Kimyası» laboratoriyasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Günel Tələt qızı İmanova "Synergy Publishers" nəşriyatının çap etdiyi Qabaqcıl Biotexnologiya və Biomühəndislik (Journal of Advanced Biotechnology and Bioengineering) xarici jurnalının redaksiya heyətinə uzv seçilib.

İnstitutun gənc alimi xarici jurnalın redaksiya heyətinə üzv seçilib