RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.06.2020]

Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başlayıb. Karantin rejiminin tələblərinə uyğun olaraq onlayn formatda təşkil edilən imtahanların birincisi bu gün “Radiasiya materialşünaslığı” ixtisası üzrə “Spektrometrik və dozimetrik cihazlar və onları xarakterizə edən kəmiyyətlər və radiasiya təhlükəsizliyi” fənnindən keçirilib.

Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb
[25.06.2020]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “CRISPR/Cas9 sisteminin səmərəli çatdırılması üçün nanohissəciklərin istifadəsi” adlı məqalə “Nano Today” beynəlxalq jurnalında dərc olunub.

Qeyd edək ki, impakt faktoru 16.582 olan “Nano Today” jurnalı nanotexnologiyalar sahəsində dünyanın nüfuzlu nəşrlərindən biridir.

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub
[24.06.2020]

"Akademik Diskusiya Klubu" qapalı qrupunun növbəti videokonfransı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxtəlif elmi müəssisə və təşkilatlarından olan bir qrup gənc əməkdaşının sosial şəbəkədə yaratdığı "Akademik Diskusiya Klubu" qapalı qrupu çərçivəsində növbəti videokonfrans keçirilib. Konfransda Radiasiya Problemləri İnstitutunun əməkdaşı Aybəniz Əhədova məruzə ilə çıxış edib.

"Akademik Diskusiya Klubu" qapalı qrupunun növbəti videokonfransı keçirilib
[22.06.2020]

Azərbaycana yay gəlib

İyunun 21-i Bakı vaxtı ilə saat 01:43:42-də Azərbaycana yay fəsli daxil olub. Bununla da təqvim üzrə yaz fəsli başa çatıb.

Azərbaycana yay gəlib
[18.06.2020]

AMEA-nın magistrantları “Ali məktəb pedaqogikası” fənnindən imtahan veriblər

Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 1 iyun 2020-ci il tarixli “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən, yay imtahan sessiyasının 2020-ci il iyunun 15-dən iyulun 15-dək keçirilməsi nəzərdə tutulub. AMEA magistrantlarının ümumi və seçmə fənlər (“Ali məktəb pedaqogikası”, “Psixologiya” və “Fəlsəfənin əsasları”) üzrə imtahanlarının təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib.

AMEA-nın magistrantları “Ali məktəb pedaqogikası” fənnindən imtahan veriblər
[17.06.2020]

Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının onlayn iclası keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın baş direktoru, akademik Əli Abbasov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisələrin rəhbərləri və media nümayandələri iştirak ediblər.

Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının onlayn iclası keçirilib
[16.06.2020]

Gənc alimlərin Milli Qurtuluş Günü ilə bağlı onlayn elmi konfransı keçirilib

Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan xalqının Milli Qurtuluş Günü: vətəndaş həmrəyliyinin və milli dirənişin təntənəsi" mövzusunda onlayn elmi konfrans keçirilib.

Tədbiri GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq 1993-cü ildə ölkəmizin parçalanma təhlükəsi ilə üzləşdiyini və belə bir vaxtda ulu öndər Heydər Əliyevin xalqı bu bəlalardan xilas etdiyini söyləyib. O, ümummilli liderin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda yaranmış hərc-mərcliyin, vətəndaş müharibəsinin qarşısını aldığını deyib: "Dahi şəxsiyyətin siyasi iradəsinin nəticəsi olaraq qısa müddət ərzində atəşkəs elan olundu, ölkədə sosial və iqtisadi infrastruktur layihələrinin icrasına başlanıldı.

Gənc alimlərin Milli Qurtuluş Günü ilə bağlı onlayn elmi konfransı keçirilib
[13.06.2020]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasının iclasında bir sıra prioritet məsələlər müzakirə olunub

İyunun 12-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əli­qu­li­yev, şu­ra üzv­lə­ri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasının iclasında bir sıra prioritet məsələlər müzakirə olunub
[12.06.2020]

Radiasiya Problemləri İnstitutu: Hər kəs karantin tələblərinə sosial məsuliyyət hissi ilə yanaşmalıdır

Dünyada COVID-19 infeksiyası ilə mübarizə aparıldığı vaxtda Prezident İlham Əliyevin rəhbərliyi ilə virusa qarşı vaxtında görülən genişmiqyaslı tədbirlər ölkəmizdə onun yayılma sürətini kəskin şəkildə azaltdı. Həmin tədbirlər istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi.

 Radiasiya Problemləri İnstitutu: Hər kəs karantin tələblərinə sosial məsuliyyət hissi ilə yanaşmalıdır
[12.06.2020]

Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli şöbədə yaradılmış şəraitlə yaxından tanış olub.

Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb
[12.06.2020]

“Elm” qəzetinin 7-ci və 8-ci sayları işıq üzü görüb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 7-ci və 8-ci sayları çapdan çıxıb.

Qəzetin ilk səhifələrində Prezident İlham Əliyevin “2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında”, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” sərəncamları və bir sıra fərmanları yer alıb.

“Elm” qəzetinin 7-ci və 8-ci sayları işıq üzü görüb
[12.06.2020]

Koronavirusla mübarizədə istifadə olunan ilk preparatlar Rusiya xəstəxanalarına daxil olub

Rusiya xəstəxanalarına COVID-19-a qarşı preparat olan, virusun artmasının qarşısını alan “Avifavir” daxil olub. İlk dərmanları Moskva, Leninqrad, Novqorod, Kirov, Nijeqorod vilayətlərinin tibb məntəqələri alıb.

poisknews.ru saytının məlumatına görə, preparat məcburi tibbi sığorta proqramına daxil olan rusiyalılar üçün ödənişsiz olacaq.

Koronavirusla mübarizədə istifadə olunan ilk preparatlar Rusiya xəstəxanalarına daxil olub
[11.06.2020]

AMEA-da iki yeni mərkəz yaradılır

İyunun 10-da keçirilən AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn Ümumi yığıncağında bir sıra elmi-təşkilati məsələlərə baxılıb.

AMEA-da iki yeni mərkəz yaradılır
[10.06.2020]

AMEA-nın onlayn Ümumi yığıncağı keçirilib

İyunun 10-da AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn Ümumi yığıncağı keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb ...

AMEA-nın onlayn Ümumi yığıncağı keçirilib