RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.02.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib
[11.02.2022]

Lütfi Zadənin qeyri-səlis məntiqi və fizikada qeyri-müəyyənliklər

Qeyri-səlis məntiq riyaziyyatın, azərbaycanlı riyaziyyatçı Lütfi Zadənin təklif etdiyi klassik məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin ümumiləşdirilməsinə əsaslanan bir qoludur. Klassik məntiqi məsələlərdə qiymətlər 1 və ya 0 olmalıdırsa, 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülmüş qeyri-səlis məntiqə görə məsələlərdə qiymətlər [0;1] intervalında olur. İlk dəfə 1930-cu ildə çoxqiymətli məntiq sisteminin klassik məntiqdən fərqlənən variantını təklif edən məntiqçilərdən biri Polşa riyaziyyatçısı Yan Lukasieviç olub. Bu məntiq üç qiymətli – “yanlış”, “doğru” və “imkan” olmaqla Aristotel məntiqindən fərqlənirdi. Daha sonra “qeyri-səlis məntiq” termini “İnformatika və idarəetmə” jurnalında çap olunmuş “Qeyri-səlis çoxluqlar” əsərində professor Lütfi Zadə tərəfindən təqdim edilib. Buna görə də Lütfi Zadə haqlı olaraq qeyri-səlis məntiqin atası hesab olunur.

Lütfi Zadənin qeyri-səlis məntiqi və fizikada qeyri-müəyyənliklər
[02.02.2022]

Radiasiya Problemləri İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı və İnstitut Həmkarlar Təşkilatının dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gənc alim və mütəxəssisləri bu əlamətdar bayram günü münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İ.Mustafayev bildirib ki, gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan siyasət Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.

Radiasiya Problemləri İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
[02.02.2022]

2 fevral - Azərbaycan Gəncləri Günüdür

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Gənclərimiz ulu öndərimiz Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 25 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər.

Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.

2 fevral - Azərbaycan Gəncləri Günüdür
[02.02.2022]

Lütfi Zadənin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçiriləcək

3-5 fevral 2022-ci il tarixlərində AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, ABŞ-ın Berkeley Kaliforniya Universiteti və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə Lütfi Zadənin anadan olmasının 100 illiyinə və elmi irsinə həsr edilən 8-ci Ümumdünya yumşaq hesablamalar konfransı keçiriləcək.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Təhsil Nazirliyinin təşkilati dəstəyilə baş tutacaq.

Lütfi Zadənin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçiriləcək
[01.02.2022]

2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2022-ci il Gənclər üçün Prezident mükafatları verilsin:

2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
[01.02.2022]

İnstitutda magistrantların qış imtahan sessiyası yekunlaşıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2021/2022-ci tədris ili üzrə qış imtahan sessiyasında “Radiasiya materialşünaslığı” ixtisası üzrə təhsil alan I və II kurs magistrantların imtahanları başa çatıb.

İnstitutda magistrantların qış imtahan sessiyası yekunlaşıb
[25.01.2022]

İnstitutda YAP ərazi partiya təşkilatının iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda YAP ərazi partiya təşkilatının hesabat-seçki yığıncağından sonrakı ilk iclası keçirilib.

İclasda ərazi partiya təşkilatının sədri, İnstitutun icraçı direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək iclas iştirakçılarını salamlayıb və təşkilatın cari il üzrə fəaliyyət planı haqqında məlumat verib.

İnstitutda YAP ərazi partiya təşkilatının iclası keçirilib
[19.01.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbirdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib
[18.01.2022]

İnstitutda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

İnstitutda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
[13.01.2022]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Yanvarın 12-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov və aidiyyəti şəxslər iştirak ediblər.

 AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
[11.01.2022]

"Dəqiq dövrləşmə" metodları ilə bağlı tələbələrə praktik dərs keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun elmi işçisi Aybəniz Əhədovanın iştirakı ilə Qərbi Kaspi Universitetində Tarix ixtisası üzrə təhsil alan tələbələrə "Dəqiq dövrləşmə" metodları ilə bağlı praktik dərs keçirilib.

"Dəqiq dövrləşmə" metodları ilə bağlı tələbələrə praktik dərs keçirilib
[11.01.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəliyə çıxarılan məsələ haqqında iclas iştirakçılarına məlumat verib.

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib
[07.01.2022]

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının geniş tərkibdə ilk iclası keçirilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üçün geniş tərkibdə ilk iclası keçirilib.

Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov və idarənin əməkdaşları, şuranın sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, şuranın İdarə Heyətinin üzvləri, həmçinin AMEA-nın elmi müəssisələrinin Gənc Alim və Mütəxəssislər şuralarının yeni sədrləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

 AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının geniş tərkibdə ilk iclası keçirilib