RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.12.2021]

YENİ İLİNİZ MÜBARƏK!

Hörmətli həmkarlar!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, ailələrinizə sevinc və xoşbəxtlik, Azərbaycan elminin inkişafı naminə göstərdiyiniz səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

İslam Mustafayev
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

YENİ İLİNİZ MÜBARƏK!
[28.12.2021]

İnstitut əməkdaşları növbəti çöl tədqiqatı icra ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimləri işğaldan azad olunmuş ərzilərdə tədqiqatlarını davam etdirirlər. Bu günlərdə sözügedən ərazilərdə İnstitutun “Radioekologiya” laboratoriyasının əməkdaşları tərəfindən növbəti çöl tədqiqatı icra edilib.

Belə ki, 23-28 dekabr tarixlərində İnstitut alimləri işğaldan azad olunmuş ərazilərin radioekoloji vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat planına uyğun olaraq Tərtər rayonu ərazisində nümunə götürmə və çöl ölçməsi işləri aparıblar.

İnstitut əməkdaşları növbəti çöl tədqiqatı icra ediblər
[24.12.2021]

Prezident İlham Əliyev. Siyasət olimpinə və Qarabağ Zəfərinə gedən uğur yolu

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 60 illik yubileyini ərazi bütövlüyü təmin olunmuş ölkənin, qalib xalqın lideri kimi qeyd edir

Azərbaycanın taleyinə görə məsuliyyət İlham Əliyevin üzərinə gənc yaşlarında düşmüşdü. Prezident seçiləndə 42 yaşı vardı. Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu şərəfli missiyanın öhdəsindən heyrətamiz dərəcədə bacarıqla gələn İlham Əliyevin həyatı, keçdiyi ömür yolu bir uğur hekayəsidir. Moskvada təhsil illəri, çətin neft danışıqları, hər günü tarixə yazılan 18 illik prezidentlik dövrü...

AZƏRTAC müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi yazılan Prezident İlham Əliyevin bənzərsiz həyat yolunun bəzi məqamlarına nəzər salır.

Prezident İlham Əliyev. Siyasət olimpinə və Qarabağ Zəfərinə gedən uğur yolu
[24.12.2021]

Fizika–Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş ilk onlayn iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direk­tor­la­rı və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələ­ri­nin rəhbərləri, eyni zamanda mühüm elmi nəticə müəllifləri iştirak ediblər.

Öncə AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri akademik Rasim Əli­quliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əli­ye­vin 60 illik yubileyi münasibətilə FRTEB-in alim və mütəxəssislərinin təbriklərini səsləndirib. “Əsası Ümummili lider, müstəqil Azərbaycan dövlətinin memarı Hey­dər Əliyev tərəfindən qoyulan və bu gün ölkəmizin həm regional, həm də qlobal səviyyədə inki­şa­fına zəmin yaradan mühüm nailiyyətlər onun siyasi məktəbinin layiqli davamçısı, beynəlxalq miq­yas­da böyük nüfuza malik cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir” – deyə aka­de­mik diqqətə çatdırıb.

Fizika–Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş ilk onlayn iclası keçirilib
[24.12.2021]

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

24 dekabr tarixində Sizin 60 yaşınız tamam olur. Heç şübhəsiz ki, bu münasibətlə Sizin ünvanınıza xarici ölkə başçılarından, həmkarlarınızdan, nüfuzlu elm və mədəniyyət xadimlərindən, həmçinin sadə insanlardan səmimi arzularla dolu çoxsaylı təbrik məktubları daxil olacaqdır. Ancaq belə hesab edirəm ki, 60 illik yubileyinizə ən dəyərli təbriki Siz özünüz etmisiniz. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfər, əzəli torpaqlarımızın azad edilməsi Sizin həm xalqımıza, həm də özünüzə bəxş etdiyiniz ən dəyərli hədiyyə, göstərdiyiniz ən böyük xidmətdir.

Danılmaz həqiqətdir ki, Azərbaycana başçılıq etdiyiniz 18 il ərzində ölkəmiz Sizin rəhbərliyiniz altında bütün sahələrdə tarixi nailiyyətlər qazanmış, mürəkkəb, ancaq şərəfli inkişaf yolu qət etmişdir. Sizin siyasi idarəçilik bacarığınız, diplomatik məharətiniz, qətiyyətiniz nəticəsində Azərbaycan bu gün Cənubi Qafqaz regionunun lider dövləti statusunu qazanmış, dünya birliyində öz layiqli yerini tutmağa müvəffəq olmuşdur. Xalqımız Sizin bu zəhmətinizi və misilsiz xidmətlərinizi yüksək qiymətləndirir, haqlı olaraq Sizinlə qürur duyur.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
[24.12.2021]

İnstitutda “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda İnstitutun Həmkarlar Təşkilatı ilə birgə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev ənənəvi olaraq 2021-ci ildə də alimlərimizin səmərəli fəaliyyət göstərdiyini və mühüm nailiyyətlər qazandığını bildirib. İnstitut rəhbəri sonda bütün əməkdaşları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

İnstitutda “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirilib
[22.12.2021]

Akademik Ramiz Mehdiyevə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim olunub

AMEA Rəyasət Heyətinin “Nizami Gəncəvi İli” çərçivəsində Akademiyada həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş Xüsusi iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə qeyd olunub ki, bu il 880 illik yubileyini qeyd etdiyimiz dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə təsis edilib. Ölkə Prezidenti İlham Əliyevin 27 iyun 2014-cü il tarixli Fərmanına əsasən sözügedən medalla təltif etmək səlahiyyəti AMEA-nın Rəyasət Heyətinə verilib.

Akademik Ramiz Mehdiyevə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim olunub
[22.12.2021]

NASA-nın Parker zondu Günəş atmosferinə daxil olub

Amerikanın Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) məlumatına əsasən Parker zondu Günəş tacına daxil olub.

NASA-nın elmi işlər üzrə üzrə direktor müavini Tomas Zurbuxen bildirib ki: “Parker Günəş Zondunun Günəş asmosferinə daxil olması kosmosun tədqiqatı sahəsində çox böyük nəaliyyətdir”.

 NASA-nın Parker zondu Günəş atmosferinə daxil olub
[22.12.2021]

İnstitutda növbəti doktorluq imtahanı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda qış imtahan sessiyasının ixtisas fənlərindən doktorluq imtahanları keçirilib.

Bu gün keçirilən imtahanlarda doktorantlar “Nüvə kimyası”, “Radiasiya materialşünaslığı” (fizika üzrə) və “Radiasiya materialşünaslığı” (kimya üzrə) ixtisas fənnlərindən imtahan veriblər.

İnstitutda növbəti doktorluq imtahanı keçirilib
[10.12.2021]

İnstitutda Ümummilli liderin anım gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) qrumun Qadınlar Şurası ilə birgə 12 Dekabr - Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə istər iqtisadi-siyasi, istərsə də elm, təhsil, mədəniyyət və dövlət quruculuğu sahələrində gördüyü işlərdən, aparılmış islahatlar və onların nümunəvi nəticələrindən bəhs edib.

İnstitutda Ümummilli liderin anım gününə həsr olunmuş tədbir keçirilib
[09.12.2021]

İnstitutun gənc əməkdaşı AEBA-nın beynəlxalq məktəb və seminarında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşı Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tərəfindən keçirilən beynəlxalq məktəb və seminarda iştirak edib.

AEBA-nın Avstriyanın Vyana şəhərində yerləşən Beynəlxalq Mərkəzində keçirilmiş Nüvə Təhlükəsizliyi Beynəlxalq Məktəbi və Nüvə Materiallarının Fiziki Müdafiəsinin Konvensiyası Seminarı Mariya Skadlovskaya – Küri Təqaüd Proqramının tələbələri üçün təşkil olunub.

İnstitutun gənc əməkdaşı AEBA-nın beynəlxalq məktəb və seminarında iştirak edib
[09.12.2021]

İnstitutun alimi beynəlxalq seminarda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova beynəlxalq tədbirdə iştirak edib.

Belarusiyanın Minsk şəhərində onlayn keçirilən “Yüksək Texnologiyalara Yeni Yanaşmalar: Nano-Dizayn, Texnologiya, Kompüter Simulyasiyaları” adlı 19-cu Beynəlxalq Seminarda alimin “CdMnS yarımmaqnit yarimkeçiricilərinin elektron zona quruluşunun təməl prinsilərdən hesablanması” mövzusunda məruzəsi maraqla qarşılanıb.

İnstitutun alimi beynəlxalq seminarda iştirak edib
[08.12.2021]

AMEA-da “Ümummilli Lider Heydər Əliyev: müstəqil dövlətçilik, müdriklik və müasirlik” mövzusunda konfrans keçirilib

Dekabrın 8-də AMEA Rəyasət Heyətində “Ümummilli Lider Heydər Əliyev: müstəqil dövlətçilik, müdriklik və müasirlik” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev hər il Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində respublikamızın müxtəlif qurumlarında, ölkə hüdudlarından kənarda, eləcə də AMEA-da silsilə tədbirlərin keçirildiyini, dahi şəxsiyyətin xatirəsinin böyük minnətdarlıq hissləri ilə, dərin ehtiramla yad edildiyini bildirib.

AMEA-da “Ümummilli Lider Heydər Əliyev: müstəqil dövlətçilik, müdriklik və müasirlik” mövzusunda konfrans keçirilib
[07.12.2021]

İnstitutun Baş direktoru gənc alimləri təbrik edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev İnstitutun 2 doktorantı ilə görüşüb.

Görüşdə çıxış edən İ.Mustafayev “Radiasiya materialşünaslığı” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Fərqan Əsədov və Samir Səmədovu təbrik edib, onlara gələcək elmi fəaliyyətləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.

İnstitutun Baş direktoru gənc alimləri təbrik edib