RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.04.2019]

“Elm günü”nə həsr olunmuş növbəti görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimləri ilə Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim heyəti arasında görüş keçirilib. 27 Mart – “Elm günü” ilə əlaqədar tədbirlər planı çərçivəsində keçirilən görüşdə RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov “Radiasiya tədqiqatlarının dünəni və bu günü” mövzusunda geniş məruzə ilə çıxış edib ...

“Elm günü”nə həsr olunmuş növbəti görüş keçirilib
[04.04.2019]

BDU-nun tələbələri Radiasiya Problemləri İnstitutunda təcrübə keçirlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsi keçirlər ...

BDU-nun tələbələri Radiasiya Problemləri İnstitutunda təcrübə keçirlər
[01.04.2019]

Tələbələr Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçiblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsinin II və III kurs tələbələri istehsalat təcrübəsi keçiblər ...

Tələbələr Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçiblər
[01.04.2019]

İnstitutda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA-Japan International Coorporation Agency) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə RPİ-nin rəhbərliyi və laboratoriya müdirləri, həmçinin də JICA-nın Özbəkistan ofisinin baş nümayəndəsinin müavini, xanım Kazuko Takabanake, qurumun Özbəkistan üzrə proqram koordinatoru Farhod Kurbanov, qurumun Azərbaycan üzrə proqram koordinatoru Nigar İsmayılova və digər qonaqlar iştirak ediblər ...

İnstitutda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri ilə görüş keçirilib
[01.04.2019]

İnstitutun əməkdaşının həmmüəllifi olduğu monoqrafiya çap olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi Nüşabə Hacıyevanın həmmüəllifi olduğu “İnfrared Spectroscopy: Principles, Advances and Applications” monoqrafiyası çap olunub ...

İnstitutun əməkdaşının həmmüəllifi olduğu monoqrafiya çap olunub
[01.04.2019]

AMEA-nın müxbir üzvü İslam Mustafayev BMT-nin Regional Seminarında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf mühit Proqramının Qazaxıstanın Almatı şəhərində təşkil etdiyi “Boyalarda qurğuşun problemi” mövzusunda Regional Seminarda iştirak edib ...

AMEA-nın müxbir üzvü İslam Mustafayev BMT-nin Regional Seminarında iştirak edib
[28.03.2019]

AMEA-nın prezidenti: “Elm Gününün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir”

Martın 27-də AMEA Rəyasət Heyətində Elm Gününün nəticələrinə həsr olunmuş toplantı keçirilib. Rəyasət Heyəti üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq bu əlamətdar günün əhəmiyyətindən danışıb: “Elm Gününün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir”.

A.Əlizadə Azərbaycanın elm cəmiyyətinin belə bir günün keçirilməsi ilə bağlı tarixdə bir neçə dəfə təşəbbüs göstərdiklərini qeyd edərək, nəhayət 2018-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən Elm Gününün təsis edilməsi ilə bağlı sərəncamın imzalandığını və bu addımın alim və mütəxəssislər tərəfindən böyük sevinclə qarşılandığını vurğulayıb ...

AMEA-nın prezidenti: “Elm Gününün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir”
[27.03.2019]

Elmi ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

27 mart Azərbaycanda ilk dəfə olaraq Elm Günü kimi qeyd edilir. Bu gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis olunub. Bu tarix həm də ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf edir ...

Elmi ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
[27.03.2019]

Elm Gününə həsr olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən ...

Elm Gününə həsr olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
[27.03.2019]

27 mart - Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda ilk dəfə olaraq Elm Günü kimi qeyd edilir. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır ...

27 mart - Azərbaycanda Elm Günüdür
[27.03.2019]

Elmin populyarlaşdırılması sahəsində fəaliyyətə görə mükafatın qalibi məlum olub

27 Mart – Elm Günündə elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyəti mükafatı qalibinin adı açıqlanıb ...

Elmin populyarlaşdırılması sahəsində fəaliyyətə görə mükafatın qalibi məlum olub
[27.03.2019]

Elm Gününə həsr olunan “Magistr-2019” müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Elm Günü” təsis edilib. Həmin Sərəncama əsasən, hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb ...

Elm Gününə həsr olunan “Magistr-2019” müsabiqəsinin nəticələri açıqlanıb
[19.03.2019]

Novruz Bayramınız mübarək !

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov İnstitut əməkdaşlarını təbrik edir.

Hörmətli həmkarlar !

Sizi və ailənizi qarşıdan gələn NOVRUZ BAYRAMI münasibəti ilə ürəkdən təbrik edir, Sizlərə can sağlığı, uzun ömür, ailə səadəti, müstəqil Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy baharın gəlişi ölkəmizə əmin-amanlıq, evinizə ruzi-bərəkət, qəlbinizə sevinc gətirsin !

Novruz Bayramınız mübarək !
[18.03.2019]

Laboratoriyaların birləşmiş Elmi Seminarı keçirilib

Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda laboratoriyaların birləşmiş Elmi Seminarı keçirilib. Seminarda “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasının kiçik elmi işçisi, İnstitutun doktorantı Fərqan Əsədov ...

Laboratoriyaların birləşmiş Elmi Seminarı keçirilib