RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.07.2019]

AMEA-nın müxbir üzvü Oqtay Səmədov beynəlxalq konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Qazaxstan Respublikasının Almatı şəhərində keçirilən Beynəlxalq konfransda iştirak edib ...

AMEA-nın müxbir üzvü Oqtay Səmədov beynəlxalq konfransda iştirak edib
[25.06.2019]

İnstitutun əməkdaşları Beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) «Polimerlərin və Elektroaktiv Kompozit Materialların Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Məhərrəmov, «Radiobiologiya» laboratoriyasının rəhbəri, biologiya elmlər doktoru Elimxan Cəfərov və İnstitutun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova Beynəlxalq konfransda iştirak ediblər ...

İnstitutun əməkdaşları Beynəlxalq konfransda iştirak ediblər
[14.06.2019]

İnstitutun 2017/2018-ci tədris ilində qəbul olunmuş magistrlərin magistrlik dissertasiyalarının müdafiəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) 2017/2018-ci tədris ilində qəbul olunmuş magistrlərin iyunun 12-də Fizika İnstitutunda ixtisaslaşdırılmış Müdafiə Şurasında “Radiasiya materialşünaslığı” ixtisası üzrə magistrlik dissertasiyalarının müdafiəsi keçirilib.

İnstitutun 2017/2018-ci tədris ilində qəbul olunmuş magistrlərin magistrlik dissertasiyalarının müdafiəsi keçirilib
[12.06.2019]

İnstitutda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. İnstitutun Qadınlar Şurasının və Həmkarlar Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA Qadınlar Şuranın sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva və Akademiyanın digər elmi müəssisə və təşkilatlarının Qadınlar şuralarının rəhbərliyi iştirak edib ...

İnstitutda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
[10.06.2019]

İnstitutda Rusiya və Ukrayna alimləri ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Rusiya və Ukrayna alimləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qonaqları salamlayıb və onlara İnstitutun fəaliyyəti və əldə olunan elmi nəticələr, həmçinin qurumun beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib ...

İnstitutda Rusiya və Ukrayna alimləri ilə görüş keçirilib
[04.06.2019]

Magistratura təhsilinizi Radiasiya Problemləri İnstitutunda davam etdirin

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “Radiasiya materialşünaslığı”, “Ətraf mühit kimyası” və “Təbii və fizioloji fəal maddələr kimyası” ixtisasları üzrə magistratura təhsili həyata keçirilir ...

Magistratura təhsilinizi Radiasiya Problemləri İnstitutunda davam etdirin
[04.06.2019]

Ramazan Bayramınız Mübarək !

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov İnstitut əməkdaşlarını təbrik edir.

Hörmətli həmkarlar!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizlərə can sağlığı, uzun ömür, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Ramazan Bayramınız Mübarək !
[27.05.2019]

"28 May - Respublika Günü"nüz mübarək !

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov İnstitut əməkdaşlarını təbrik edir.

Hörmətli həmkarlar !
Sizi "28 May - Respublika Günü" münasibəti ilə ürəkdən təbrik edir, Sizlərə can sağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın tərəqqisi, elmimizin inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

"28 May - Respublika Günü"nüz mübarək !
[27.05.2019]

İnstitutun əməkdaşı yeni arxeoloji nümunələrin tədqiqinə başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) kiçik elmi işçisi, "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun üzvü Aybəniz Əhədova yeni arxeoloji nümunələrin tədqiqinə başlayıb ...

İnstitutun əməkdaşı yeni arxeoloji nümunələrin tədqiqinə başlayıb
[23.05.2019]

İnstitutda magistrantların dissertasiya mövzularının ilkin müzakirəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda II kurs magistrantların dissertasiya mövzularının ilkin müzakirəsi keçirilib.

Müzakirədə İnstitutun direktoru, AMEA-nın müxbür üzvü, professor Oktay Səmədov, elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, elmi katib Musa Nuriyev, «Yarımkeçiricilərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmlər doktoru Rəhim Mədətov, «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmlər doktoru Rauf Sərdarlı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova və digər əməkdaşlar iştirak edib ...

İnstitutda magistrantların dissertasiya mövzularının ilkin müzakirəsi keçirilib
[22.05.2019]

İnstitutun əməkdaşı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən keçirilən beynəlxalq görüşdə iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) regional təlim kursunda iştirak edib.

AEBA-nın Rusiya Federasiyasının Obninsk şəhərində yerləşən Rosatom Texniki Akademiyasında təşkil olunan regional təlim kursunda AMEA-nı Radiasiya Problemləri İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi İbrahim Qabulov təmsil edib ...

İnstitutun əməkdaşı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən keçirilən beynəlxalq görüşdə iştirak edib
[22.05.2019]

İnstitutun “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu mühüm nəticələr əldə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu yeni mühüm və uğurlu nəticələr əldə edib. Qrup nümayəndələri bir neçə arxeoloji qazıntıların aparıldığı bölgələrdə olub və müxtəlif dövrlərə aid nümunələr götürüb, İnstitutun xüsusi laboratoriyasında analizlər aparıblar ...

İnstitutun “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu mühüm nəticələr əldə edib
[22.05.2019]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edib ...

Elmi Şuranın növbəti iclası keçirilib
[21.05.2019]

Akademik Akif Əlizadə: “AMEA ilə REA arasında imzalanan müqavilə Azərbaycan elmi üçün yeni və uğurlu prioritet istiqamətlər açır”

AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətində Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyev ilə keçirilən görüş çərçivəsində jurnalistlərə müsahibə verib. Bu görüşü əlamətdar hadisə kimi qiymətləndirən alim rəhbərlik etdiyi qurumla REA arasında imzalanan müqavilədən və əməkdaşlıq perspektivlərindən söz açıb. Bildirib ki, bu gün imzalanan elmi-texniki əməkdaşlıq haqqında saziş gələcəkdə REA ilə texniki və humanitar istiqamətlərdə əlaqələri genişləndirmək və gücləndirmək məqsədini daşıyır: “REA-nın prezidentinin AMEA-ya gəlişi bizim bu elm ocağı ilə 20 il öncə imzaladığımız müqaviləni təkmilləşdirərək, dünya elminin tələblərini əks etdirən yeni sazişə çevirməyə imkan verdi” ...

Akademik Akif Əlizadə: “AMEA ilə REA arasında imzalanan müqavilə Azərbaycan elmi üçün yeni və uğurlu prioritet istiqamətlər açır”