RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.10.2019]

A.A.Əlizadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi oğlu Əlizadə 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2019-cu il.

A.A.Əlizadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
[23.10.2019]

Akademik Ramiz Mehdiyevə “Heydər Əliyev” ordeni təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də akademik Ramiz Mehdiyevi qəbul edib və onu “Heydər Əliyev” ordeni ilə təltif edib.

Akademik Ramiz Mehdiyevə “Heydər Əliyev” ordeni təqdim olunub
[23.10.2019]

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının Daxili İşlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2019-cu il.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı
[18.10.2019]

İnstitutda 2019-cu il üzrə hesabat iclasları keçirilir - 3

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair laboratoriya və şöbələrin hesabat iclasları davam edir.

Müvafiq qrafik üzrə keçirilməsi nəzərdə tutulan iclasların üçüncüsü bu gün baş tutub.

İclasda əvvəlcə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov iclas iştirakçılarını 18 Oktyabr – Milli Müstəqllik Günü münasibəti ilə təbrik edib, eyni zamanda bu günün tarixi və Azərbaycan xalqı üçün önəmindən danışıb ...

İnstitutda 2019-cu il üzrə hesabat iclasları keçirilir - 3
[18.10.2019]

İnstitutun əməkdaşı “Gənc kimyaçılar elmdə” müsabiqəsinin qalibi olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun əməkdaşı Cövdət Məmmədov “Gənc kimyaçılar elmdə” adlı müsabiqədə III yerə layiq görülüb ...

İnstitutun əməkdaşı “Gənc kimyaçılar elmdə” müsabiqəsinin qalibi olub
[17.10.2019]

İnstitutda 2019-cu il üzrə hesabat iclasları keçirilir - 2

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair laboratoriya və şöbələrin hesabat iclasları davam edir.

Müvafiq qrafik üzrə keçirilməsi nəzərdə tutulan iclasların ikincisi bu gün baş tutub ...

İnstitutda 2019-cu il üzrə hesabat iclasları keçirilir - 2
[16.10.2019]

İnstitutda BMT-nin eksperti ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda BMT-nin Almaniyalı eksperti ilə görüş keçirilib ...

İnstitutda BMT-nin eksperti ilə görüş keçirilib
[16.10.2019]

İnstitutun gənc əməkdaşı beynəlxalq proqramda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) əməkdaşı Şəhriyar Cəfərzadə “Kalibr Sahə Nəzəriyyələrində olan Differensiyal İnvariantlar” adlı beynəlxalq proqramda iştirak edib ...

İnstitutun gənc əməkdaşı beynəlxalq proqramda iştirak edib
[15.10.2019]

İnstitutda 2019-cu il üzrə hesabat iclasları keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair laboratoriya və şöbələrin hesabat iclaslarına başlanıb ...

İnstitutda 2019-cu il üzrə hesabat iclasları keçirilir
[15.10.2019]

İnstitutunun əməkdaşı AEBA tərəfindən keçirilən beynəlxalq görüşdə iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi İbrahim Qabulov Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən keçirilən “Nüvə Təhlükəsizliyi Sahəsində Təlimin İdarəolunması” adlı Beynəlxalq görüşdə iştirak edib ...

İnstitutunun əməkdaşı AEBA tərəfindən keçirilən beynəlxalq görüşdə iştirak edib
[09.10.2019]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Oktyabrın 8-də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti büro iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, eləcə də bir sıra alim və mütəxəssislər iştirak ediblər ...

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti büro iclası keçirilib
[09.10.2019]

Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi fizika sahəsində 2019-cu ilin Nobel mükafatı laureatlarının adlarını elan edib ...

Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb
[07.10.2019]

İnstitutda Makedoniyalı alimlərlə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Makedoniyalı alimlərlə görüş keçirilib.

Görüşdə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov qonaqları salamlayıb və İnstitutun tarixi, elmi tədqiqat istiqamətləri, əldə olunan nəticələr, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib ...

İnstitutda Makedoniyalı alimlərlə görüş keçirilib
[02.10.2019]

İnstitutda “Web of Science” elmi bazasının istifadə qaydalarına dair seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “Clarivate analytics” Agentliyi tərəfindən “Web of Science” elmi bazasının istifadə qaydalarına dair seminar keçirilib ...

İnstitutda “Web of Science” elmi bazasının istifadə qaydalarına dair seminar keçirilib