RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.04.2021]

AMEA-da elmi jurnalların vəziyyəti müzakirə olunub

Xəbər verdiyimiz kimi, aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov akademiyada elmi jurnalların vəziyyəti haqqında məruzə edib.

 AMEA-da elmi jurnalların vəziyyəti müzakirə olunub
[03.04.2021]

FRTEB-in Ümumi yığıncağının onlayn iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

Aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, akademik Rasim Əli­qu­li­yev, böl­mə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəs­si­sələrin rəh­­bər­ləri, direktor müa­vin­lə­ri, el­mi katibləri, təh­sil, bey­nəlxalq və icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin müdirləri, eləcə də həm­kar­lar, gənc alim və mü­tə­xəs­sis­lər şu­ra­la­rının sədrləri işti­rak ediblər.

 FRTEB-in Ümumi yığıncağının onlayn iclasında bir sıra mühüm məsələlər müzakirə edilib
[01.04.2021]

İnstitutda doktoranturaya qəbul imtahanı keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “ Nüvə kimyası” ixtisasının “Fiziki kimya” fənnindən doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutda doktoranturaya qəbul imtahanı keçirilib
[01.04.2021]

İnstitut gəncləri diplomla təltif edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı, İnstitutun Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən 27 mart – “Elm günü” münasibəti ilə təltif olunan bir qrup gəncə diplomları təqdim edilib.

İnstitut gəncləri diplomla təltif edilib
[30.03.2021]

İnstitut aliminin rəhbərlik etdiyi tələbə və şagirdin elmi tədqiqat işi Avrasiya Patent Universiadasında III yerə layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika elmləri doktoru, dosent Mətanət Mehrabovanın rəhbərliyi ilə Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi Zərifə Əhmədzadə və Bakı Avropa Liseyinin 11-ci sinif şagirdi Elvin Əhmədzadənin apardıqları elmi tədqiqat işi “Biz N.Teslanın nəslindənik. Təbiətin bütün qanunları bizim əlimizdədir” kateqoriyası üzrə III yerə layiq görülüb.

İnstitut aliminin rəhbərlik etdiyi tələbə və şagirdin elmi tədqiqat işi Avrasiya Patent Universiadasında III yerə layiq görülüb
[19.03.2021]

İnstitutda “Elm günü” ilə bağlı vebinar təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı, İnstitutun Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 27 mart – “Elm günü”nə həsr olunmuş vebinar təşkil olunub.

İnstitutda “Elm günü” ilə bağlı vebinar təşkil olunub
[17.03.2021]

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov İnstitut əməkdaşlarını təbrik edir.

Əziz həmkarlar!

Sizi xalqımızın qarşıdan gələn milli bayramı, Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, Sizə can sağlığı və uzun ömür, ölkəmizin tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar, ailənizə xoşbəxtlik, firavanlıq, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
[05.03.2021]

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarına təbriki

Əziz xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, ailə səadəti və elmi fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan qadını hər zaman sədaqətliliyin və gözəlliyin rəmzi olmuş, əsrlər boyu öz mübarizliyi, fədakarlığı və müdrikliyi ilə seçilmiş, tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllinə öz töhfələrini vermişdir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarına təbriki
[04.03.2021]

Akademik Rasim Əliquliyev: "Elektron elmin formalaşdırılmasına diqqət artırılır"

Bu gün AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinin, AzScienceNet elm kompüter şəbəkəsinin, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, eləcə də AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin müvafiq əməkdaşlarının iştirakı ilə onlayn müşavirə keçirilib.

Akademik Rasim Əliquliyev: "Elektron elmin formalaşdırılmasına diqqət artırılır"
[03.03.2021]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin direktoru vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov İnstitutda aparılmış struktur dəyişiklikləri haqqında əməkdaşlara məlumat verib.

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib
[02.03.2021]

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
[01.03.2021]

İnstitutun alimi beynəlxalq konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi, fizika elmləri doktoru, dosent Mətanət Mehrabova Türkiyənin Kayseri şəhərində keçirilən “USBİK 2021 təbiət elmləri” adlı onlayn beynəlxalq konfranda iştirak edib.

İnstitutun alimi beynəlxalq konfransda iştirak edib
[27.02.2021]

İnstitutun alimi BMT-nin iclasında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika elmləri doktoru, dosent Mətanət Mehrabova BMT-nin hava üzrə Avropa İqtisadi Komissiyasının Beynəlxalq Proqramının (UNECE İCP Vegetation) illik hesabat iclasında iştirak edib.

İnstitutun alimi BMT-nin iclasında iştirak edib
[25.02.2021]

Manqro meşələri planetimizi qlobal istiləşmədən qoruya bilər

“British Ecological Society journal Functional Ecology” jurnalında dərc olunmuş yeni araşdırmaya görə, manqro meşələri daha çox karbon toplayır.

Çinin Xaynan adasındakı manqro meşələrini öyrənən tədqiqatçılar bu meşələrdəki növ müxtəlifliyinin həm biokütlənin yaranmasına (üzvi maddələrin miqdarı) təsirini, həm də torpağın tərkibində karbonu artırdığını müəyyənləşdiriblər.

Manqro meşələri planetimizi qlobal istiləşmədən qoruya bilər