RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.10.2021]

FRTEB-in Ümumi yığıncağında enerji təhlükəsizliyinin aktual elmi-praktiki problemləri və həlli yolları müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

Tədbirdə FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin baş direktorları və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eyni zamanda mavafiq dövlət qurumlarının nümayəndələri və nazirliklərin nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların məsul şəxsləri, Türkiyə, Almaniya, Danimarka və Norveçdən olan mütəxəssislər iştirak ediblər.

 FRTEB-in Ümumi yığıncağında enerji təhlükəsizliyinin aktual elmi-praktiki problemləri və həlli yolları müzakirə olunub
[28.09.2021]

İnstitutda magistrantlarla görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda I və II kurs magistrantlarla görüş keçirilib.

İnstitutda magistrantlarla görüş keçirilib
[27.09.2021]

27 sentyabr – müqəddəs zəfərin başlanğıc günüdür

30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfəri ilə tamamlandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində qüdrətli ordumuz işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini elə “yenilməz erməni ordusu” mifi ilə bir yerdə darmadağın edərək öz yurd yerlərimizi düşmən tapdağından azad etdi.

Ordumuz əldə etdiyi bu zəfərlə bütün dünyaya öz qüdrətini və gücünü nümayiş etdirdi. Azərbaycan özünün əzəli torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı ərazilərimizi xilas etmək üçün başlatdığı uğurlu hərəkatla adını tarixə qızıl hərflərlə yazdı, həmçinin torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin, həmçinin terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.

27 sentyabr – müqəddəs zəfərin başlanğıc günüdür
[27.09.2021]

Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun Həmkarlar Təşkilatının təşəbbüsü ilə keçirilən anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 44 günlük Vətən müharibəsi və qüdrətli Azərbaycan ordusunun yazdığı qəhrəmanlıq dastanından söz açıb, əsgər və zabitlərimizin şücaətindən qürur duyduğunu ifadə edib.

Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib
[16.09.2021]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitut üzrə elmi tədqiqat işlərinin vəziyyəti və hesabatlara hazırlıq, eyni zamanda əmək və icra intizamı haqqındakı məsələlərə baxılıb.

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib
[14.09.2021]

İnstitutun gənc alimi xarici jurnalın baş redaktoru seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Heterogen Proseslərin Radiasiya Kimyası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Günel İmanova beynəlxalq "Synthesis and Sintering" (https://www.synsint.com) jurnalının 4 nəfərlik baş redaktorlar qrupuna seçilib.

İnstitutun gənc alimi xarici jurnalın baş redaktoru seçilib
[10.09.2021]

İnstitutun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi Aybəniz Əhədova Polşanın Qlivis şəhərində onlayn formatda keçirilən konfransda iştirak edib.

İnstitutun əməkdaşı beynəlxalq konfransda iştirak edib
[31.08.2021]

Radiasiya texnologiyaları kənd təsərrüfatında

Kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılması və onların keyfiyyətinin yaxşılaşdırılması inkişaf etmiş ölkələrdə əhalinin yalnız qida tələbatının və qida təhlükəsizliyinin deyil, həm də onların sosial tələbatlarının təmin olunmasında mühüm yerlərdən birini tutur. Bu məsələlərin uğurlu həlli isə yeni texnologiyaların tətbiq olunmasını tələb edir. Belə ki, bu günə qədər texnoloji üsul kimi istifadə olunan toxumların kimyəvi işlənmə üsulları insanların sağlamlığına mənfi təsir göstərməklə yanaşı, həm də ətraf mühitin çirklənməsinə səbəb olmuşdur. Əlavə olaraq, bu məqsədlə istifadə edilən toksiki maddələrin saxlanma çətinlikləri, həmçinin də kimyəvi və bioloji işlənmənin baha başa gəlməsi və s. kimi neqativ hallar daha effektiv, ekoloji cəhətdən daha təmiz texnologiyaların istifadə olunmasını tələb edir. Bu gün belə texnologiyalar içərisində ən perspektivlisi radiasiya texnologiyalarıdır.

Radiasiya texnologiyaları kənd təsərrüfatında
[16.08.2021]

Radiasiya Problemləri İnstitutunun əməkdaşı Cəbrayıl-Xocavənd rayonlarında radioekoloji monitorinq aparıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Ətraf mühit üçün zərərli faktorların fizikası və kimyası laboratoriyasının rəhbəri Famil Hümbətov, İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupun müfəssəl sahəvi planında nəzərdə tutulmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji tədqiqatların aparılması” üzrə - 72-ci bəndin icrası ilə bağlı Ekologiya Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl və Xocavənd rayonlarında həyata keçirilən kompleks radioloji və radioekoloji monitorinq işlərində iştirak edib.

 Radiasiya Problemləri İnstitutunun əməkdaşı Cəbrayıl-Xocavənd rayonlarında radioekoloji monitorinq aparıb
[05.08.2021]

Azərbaycan alimləri regionda radiasiya təhlükəsizliyi probleminin tədqiqinə ardıcıl və sistemli şəkildə yanaşırlar

Azərbaycan ərazisinin coğrafi mövqeyinin və iqtisadi inkişafının spesifik xüsusiyyətləri, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin böyük bir hissəsini əhatə etməsi ikili təyinatlı nüvə materiallarının, o cümlədən radioaktiv maddələrin daşınması ehtimalını artırır və bu kimi hallar müşahidə olunur. Bu da öz növbəsində, radiasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

 Azərbaycan alimləri regionda radiasiya təhlükəsizliyi probleminin tədqiqinə ardıcıl və sistemli şəkildə yanaşırlar
[29.07.2021]

Azərbaycanda radiasiya təhlükəsizliyi üzrə tədqiqatlar aparılır

AMEA Radiasiya Problemləri İnstitutunda (RPİ) radiasiya təhlükəsizliyi üzrə tədqiqatlar aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev məlumat verib.

 Azərbaycanda radiasiya təhlükəsizliyi üzrə tədqiqatlar aparılır
[28.07.2021]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı qarşıda duran aktual məsələləri müzakirə edib

27 iyul 2021-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

Tədbirdə FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəs­si­sələrin baş direktorları və icraçı direktorları, direktor müa­vin­lə­ri, el­mi katibləri, icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəh­bər­lə­ri, eyni zamanda respublikanın bir sıra nazirliklərinin nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların məsul şəxsləri, müvafiq mütəxəssisləri işti­rak ediblər.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı qarşıda duran aktual məsələləri müzakirə edib
[19.07.2021]

QURBAN BAYRAMINIZ MÜBARƏK!

Hörmətli həmkarlar!

Sizi dünya müsəlmanlarının mənəvi birlik və bərabərlik, həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, ailələrinizə sevinc və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Hörmətlə,

İslam Mustafayev
AMEA-nın Radiasiya Problemləri
İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü

QURBAN BAYRAMINIZ MÜBARƏK!
[18.07.2021]

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qurban bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki

Hörmətli həmkarlar!

İyulun 20-21-də İslam dünyası müqəddəs Qurban bayramını qeyd edəcəkdir.

Həzrəti İbrahim peyğəmbərdən və onun əziz oğlu İsmayıldan bizə miras qalan, əsrlər boyu bütün çətinliklərə baxmayaraq, yaşadılan bu bayram bəndənin uca Yaradan qarşısında, hətta öz övladını qurban verməyə hazır olduğunu göstərən sonsuz sevgisinin, iman və etiqadının ən bariz nümunəsidir. Qurban bayramı özündə təcəssüm etdirdiyi dərin məzmunu ilə insanlara Allah yolunda bir olmağı, kəsdiyi qurbanı dini mənsubiyyətindən asılı olmayaraq ehtiyacı olanlarla paylaşmağı, imkansıza daim əl tutmağı, xeyirxahlığı, paklığı aşılayır.

 AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qurban bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki