RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.10.2022]

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Türkiyə Elmlər Akademiyasının təşkil etdiyi yay məktəbində iştirak etmişdir

AMEA Radiasiya Problemləri İnstitutunun “İnnovativ ionlaşdırıcı Şüa Qəbulediciləri” laboratoriyasının əməkdaşı Abbasova Çiçək Yurik qızı 26-30 sentyabr 2022-ci il tarixlərində Türkiyə Elmlər Akademiyasının (TÜBA) təşkil etdiyi “Basic Science and Requirement of Academic Life” mövzusunda Yay məktəbində iştirak etmişdir. Yay məktəbində Türkiyə, Azərbaycan, Albaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Əlcəzayir, Pakistan, Moldova kimi ölkələrdən müxtəlif elm sahələri üzrə (fizika, kimya, tibb, riyaziyyat və s.) tədqiqatçılar iştirak etmişdir. Yay məktəbinin məqsədi iştirakçılara müxtəlif təbiət elmləri barədə, əsasən də fundamental elmlər və akademik həyatın tələbləri haqqında məlumatların çatdırılması olmuşdur.

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Türkiyə Elmlər Akademiyasının təşkil etdiyi yay məktəbində iştirak etmişdir
[30.09.2022]

İnstitut alimlərinin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “İonnlaşdırıcı Şüa qeydediciləri” laboratoriyasının əməkdaşlarının da iştirakı ilə hazırlanmış məqalə yüksək impakt faktorlu Nature Scientific Reports jurnalında dərc edilib.

İnstitut alimlərinin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc edilib
[27.09.2022]

Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva 44 günlük Vətən müharibəsi və qüdrətli Azərbaycan ordusunun yazdığı qəhrəmanlıqlardan danışıb, əsgər və zabitlərimizin rəşadətindən qürur duyduğunu bildirib.

Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib
[15.09.2022]

Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) I və II kurs magistrantlarla görüş keçirilib.

Görüşdə çıxış edən İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, RPİ-nin icraçı direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, İnstitutun Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, magistrantların rəhbərləri və digər natiqlər 2022-2023-cü tədris ili üzrə statistik məlumatları və bu təhsil pilləsinin əhəmiyyətini diqqətə çatdırıb, eyni zamanda yeni tədris ilinin başlanması münasibətilə gəncləri təbrik ediblər.

Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib
[15.09.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə İnstitut üzrə illik hesabatlara hazırlıq və əmək intizamı haqqında və işğaldan azad edilmiş ərazilərimizdə, Kəlbəcər zonasında aparılmış monitorinq haqqında məsələlərə baxılıb.

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib
[14.09.2022]

İnstitutda doktoranturaya qəbul imtahanı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib. İmtahanda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev imtahanlar haqqında məlumat verib və iştirakçılara uğurlar arzu edib.

Qeyd edək ki, bugünkü imtahanlar “Ümumi fizika kursu” və “Ekologiya” fənlərindən keçirilib.

İnstitutda doktoranturaya qəbul imtahanı keçirilib
[12.08.2022]

İnstitutun gənc alimləri Gənclərin İnnovasiya Düşərgəsində iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Gənclərin İnnovasiya Düşərgəsində iştirak ediblər.

Mingəçevir şəhərində yerləşən Kür Olimpiya İdman Tədris Mərkəzində təşkil olunmuş və gənc alim və mütəxəssislər, müxtəlif ali təhsil müəssisələrin tələbələrinin qatıldığı düşərgə çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilmiş əyani-praktik təlimlərdə Radiasiya Problemləri İnistitutunun gənc alimləri - Namiq Heydərov və İbrahim Nuruyev çıxış ediblər.

İnstitutun gənc alimləri Gənclərin İnnovasiya Düşərgəsində iştirak ediblər
[11.08.2022]

Gənc alimlərin yay düşərgəsində AMEA-nın müxbir üzvü İslam Mustafayevin mühazirələri dinlənilib

6-11 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində gənc alimlərin yay düşərgəsi keçirilib.

Düşərgənin proqramına əsasən avqustun 10-da iştirakçılar “Ekologiya və ətraf mühitin ekoloji problemləri” mövzusunda AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayevin mühazirələrini dinləyiblər.

Gənc alimlərin yay düşərgəsində AMEA-nın müxbir üzvü İslam Mustafayevin mühazirələri dinlənilib
[10.08.2022]

Radiasiya Problemləri İnstitutunda multidisiplinar tədqiqatlar aparılır

Radiasiya Problemləri İnstitutu ionlaşdırıcı şüaların neft məhsullarına, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin qanunauyğunluqlarının tədqiqi, habelə radiasiya texnologiyalarının tətbiqi ilə yeni və əvvəlcədən verilmiş xassələrə malik materialların alınması və modifikasiyası məqsədilə 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində yaradılıb. Son 53 ildə bu institutda kimyaçılar, fiziklər və bioloqlar unikal elektron sürətləndiriciləri, güclü qamma-radioaktiv mənbələr, müasir radioekoloji monitorinq və analitik cihazlar, habelə digər texniki vasitələrdən istifadə etməklə multidisiplinar xarakter daşıyan tədqiqatlarla məşğul olurlar. Dövrün tələblərinə uyğun olaraq bu tədqiqatların prioritetləri müasirləşdirilib, atom-hidrogen energetikası, radiasiya sterilizasiyası, radioprotektorların alınması, radiasiya cihazqayırma və müasir çağırışlara cavab verən digər istiqamətlər də prioritetlərə əlavə olunub.

Radiasiya Problemləri İnstitutunda multidisiplinar tədqiqatlar aparılır
[03.08.2022]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Kəlbəcərdə ekspedisiyada olublar

Radiasiya Problemləri İnstitutu tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan radioekoloji tədqiqatların davamı olaraq Kəlbəcər rayonunun İstisu ərazisində su ehtiyatlarının keyfiyyət xarakteristikalarını tədqiq etmək üçün ekspedisiya təşkil edilib.

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Kəlbəcərdə ekspedisiyada olublar
[22.07.2022]

AMEA əməkdaşları Türkiyə texnoparkları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədilə bir sıra görüşlər keçirib

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) və Radiasiya Problemləri İnstitutunun əməkdaşları Türkiyə texnoparklarının təcrübəsinin öyrənilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq, o cümlədən birgə proqram və layihələrin icrası imkanlarının müzakirə edilməsi məqsədilə bu ölkədə səfərdə olublar. Bu səfərdə AMEA-nın Radiasiya Problemləri İnstitutunu aparıcı mühəndis Namiq Heydərov təmsil etmişdir.

AMEA əməkdaşları Türkiyə texnoparkları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədilə bir sıra görüşlər keçirib
[22.07.2022]

AMEA Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

AMEA Radiasiya Problemləri İnstitutunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyası” nın nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə AMEA Radiasiya Problemləri İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, Enerjitutumlu radiasiya prosesləri laboratoriyası rəhbəri, kimya elmlər namizədi Hökmən Mahmudov, fizika elmlər namizədi Famin Salmanov, FHN-nin Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyası rəisi polkovnik Zakir Abdullayev, Bakteroloji bölmənin rəisi baş leytenant Aygün Abbasova, Radiometriya bölməsinin rəisi baş leytenant Tural Şahbazov iştirak etmişlər.

AMEA Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib
[22.07.2022]

22 İyul Milli Mətbuat Günüdür

Hörmətli mətbuat işçiləri!

AMEA Radiasiya Problemləri İnstitutun kollektivi adından Azərbaycanın Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri ürəkdən təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Azərbaycanımızın parlaq gələcəyi naminə həmişə qələminiz iti, sözünüz kəsərli olsun!

22 İyul Milli Mətbuat Günüdür
[18.07.2022]

AMEA Radiasiya Problemləri Institutunun əməkdaşı Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) və Fransa Atom Enerjisi Komissiyasının (AEK) təşkil etdiyi təlim kursunda iştirak etmişdir

AMEA Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı Şüa Qəbulediciləri laboratoriyasının əməkdaşı Abbasova Çiçək Yurik qızı 27 iyun – 8 iyul 2022-ci il tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Fransa Atom Enerjisi Komissiyasi (AEK) tərəfindən təşkil olunan “Radioaktiv izləyicilər və Qamma Skan edilməsi üzrə sertifikatlaşdırma” üzrə Fransanın Saclay şəhərində təlim kursunda iştirak etmişdir. Tədbirin məqsədi iştirakçılara Radioaktiv izləyicilərin metodologiyası (RTM/RTD) və Möhürlənmiş Mənbələr Metodları –Qamma Skan Texnikaları (SSM/SCT) üzrə Sertifikat almaq üçün texnoloji qurğulara tətbiq olunan radioizləyici və qamma skan etmə üsulları üzrə əsas bilik və praktiki təcrübələri öyrətmək olmuşdur.

AMEA Radiasiya Problemləri Institutunun əməkdaşı Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) və Fransa Atom Enerjisi Komissiyasının (AEK) təşkil etdiyi təlim kursunda iştirak etmişdir