RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.01.2023]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə 2022-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib
[31.01.2023]

İnstitutda magistrantların qış imtahan sessiyası yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan sessiyasında “Radiasiya materialşünaslığı” ixtisası üzrə təhsil alan I və II kurs magistrantların imtahanları başa çatıb.

İnstitutda magistrantların qış imtahan sessiyası yekunlaşıb
[31.01.2023]

Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) növbəti görüş keçirilib. Görüşdə qonaq qismində Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev və sözügedən agentliyin əməkdaşı Əkbər Quliyev iştirak edib.

Görüşdə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonaqları salamlayıb və rəhbərlik etdiyi elmi müəssisənin tarixi, elmi-təşkilati fəaliyyəti və əldə etdiyi mühüm nəticələri diqqətə çatdırıb.

Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib
[26.01.2023]

Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının hazırladığı məqalə Journal of Instrumentation-də dərc edilmişdir

Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının əməkdaşlarının (f.e.d. Zirəddin Sadıqov, f.e.d. Fərid Əhmədov və digər əməkdaşların) hazırladığı yeni silisium fotoelektron gücləndiricilərin nüvə kriminalistikasında tətbiq olunma imkanlarının öyrənilməsinə həsir edilmiş elmi məqaləsi Journal of Instrumentation dərc edilmişdir (İF-1.12). Məqalədə təbii və kasıblaşmış uran mənbələrində uran-235 və uran-238 miqdarını müəyyən etmək üçün 185,7 keV və 1001 keV enerjili qamma-şüa xətlərindən istifadə olunmuşdur.

Məqalə ilə tanış olmaq üçün linkdən istifadə edə bilərsiniz https://doi.org/10.1088/1748-0221/18/01/C01015.

Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının hazırladığı məqalə Journal of Instrumentation-də dərc edilmişdir
[25.01.2023]

İctimaiyyətlə əlaqələrə məsul əməkdaşlarla görüş

Yanvarın 25-də Elm və Təhsil Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nazirliyin tabeliyinə verilən institutlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları ilə görüş keçirilib.

Görüşün məqsədi ictimaiyyətlə əlaqələrin daha yaxşı qurulması və effektiv kommunikasiya fəaliyyətinin müzakirəsi olub.

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək elmin populyarlaşmasında ictimaiyyətlə əlaqələrin rolu, nəzəri araşdırmaların praktik təqdimatı, bir sıra maraq doğuran layihələr vasitəsilə gənclərin elm sahəsinə cəlbinin zəruriliyini diqqətə çatdırıb.

İctimaiyyətlə əlaqələrə məsul əməkdaşlarla görüş
[24.01.2023]

Radiasiya Problemləri İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti

AMEA-nın Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üçün illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.

Tədbirdə əvvəlcə bölmə üzrə elmi müəssisələrin nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Radiasiya Problemləri İnstitutunun da 2022-ci ildəki elmi nailiyyətləri nümayiş olunub.

Qeyd edək ki, institutda 2022-ci hesabat ilində Elmin İnkişafı üzrə Milli Strategiyaya müvafiq olaraq radiasiya təhlükəsizliyi, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları və ekoloji təmiz energetikanın elmi əsasları üzrə 4 problem, 10 mövzuya aid 21 elmi-tədqiqat işi aparılıb, nəzərdə tutulan bütün işlər yerinə yetirilib.

İnstitutda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi prioritetlərə uyğun tədqiqatlar aparılıb, alimlər qarşısında qoyulmuş həyata keçirilməsi zəruri olan vəzifələr yerinə yetirilib.

Radiasiya Problemləri İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti
[19.01.2023]

İnstitutda “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Anım tədbirində çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 20 Yanvar hadisələrinə dair fikirlərini bölüşüb, eləcə də həmin dövrki ictimai-siyasi vəziyyət və xalqımızın azadlıq uğrundakı mübarizəsi və qəhrəmanlıq dastanı haqqında tədbir iştirakçılarına məlumat verib.

İnstitutda “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş  anım tədbiri keçirilib
[19.01.2023]

Kəlbəcərdə radon qazının yüksək səviyyəsi aşkar edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu Kəlbəcər rayonunda apardığı ölçmə və yoxlamalar nəticəsində bəzi ərazilərdə radiasiya səviyyəsinin yüksək olduğunu aşkar edib.

Bu barədə “Report”a AMEA-dakı mənbə məlumat verib.

Onun sözlərinə görə, ölçmələr zamanı Dəlidağın bir tərəfində radon qazının səviyyəsinin çox yüksək olması müəyyən edilib: “Dəlidağın digər tərəfində isə belə yüksək radiasiya aşkar edilmədi. Bu səbəbdən də həmin ərazidən çıxan sulardan birbaşa istifadə tövsiyə edilmir. Yerin təkindən çıxan bu qazı təmizləmək üçün isə həmin su mütləq bir hovuza yığılmalıdır və bir neçə gün ərzində radon özü suyun tərkibindən ayrılıb uçacaq. Müalicə məqsədi ilə istifadə edilən su vannalarında cüzi miqdarda radon olması normaldır, amma radionun qarışdığı suyun içilməsi qadağandır”.

Kəlbəcərdə radon qazının yüksək səviyyəsi aşkar edilib
[09.01.2023]

İnstitutda magistrantların qış imtahan sessiyası başlayıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan sessiyasında I və II kurslar üzrə “Radiasiya materialşünaslığı” ixtisasından imtahanlara başlanılıb.

İnstitutda magistrantların qış imtahan sessiyası başlayıb
[06.01.2023]

İnstitutun gənc alimi radio proqramının qonağı olub

Radiasiya Problemləri İnstitutunun gənc alimi Namiq Heydərov “CBC FM” radiosunun "Səhər Saatı" proqramının qonağı olub. Gənc alim sözügedən proqramda hazırda dünyada və Azərbaycanda olan texnoloji yeniliklərdən danışıb, gənclərlə öz təcrubəsini bölüşüb.

Ölkəmizdə gənclərin inkişafı üçün yaradılan şəraitdən və daha surətli inkişaf üçün vacib amillərdən bəhs edib Namiq Heydərov, gənc tədiqatçıların muasir texnologiyalar əsasında hazırladığı qurğular və gələcək prespektiv istiqamətləri haqqında məlumat verib.

İnstitutun gənc alimi radio proqramının qonağı olub
[30.12.2022]

Radiasiya Problemləri İnstitutunun gənc alimi nüfuzlu jurnalın redaksiya heyətinə üzv seçilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun gənc alimi, fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova dünyanın ən güclü “Elsevier” nəşriyyatının “Hybrid advances” jurnalının redaksiya heyətinə üzv seçilib.

 Radiasiya Problemləri İnstitutunun gənc alimi nüfuzlu jurnalın redaksiya heyətinə üzv seçilib
[29.12.2022]

İnstitutda yeni kafedralar fəaliyyət göstərəcək

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir sıra kafedralarının rəhbər heyəti ilə görüş keçirilib.

Görüş AMEA Rəyasət Heyətinin 10 iyun 2021-ci il tarixli müvafiq Qərarının elm və təhsil sisteminin effektiv, çoxşaxəli inteqrasiyası Strategiyasına uyğun olaraq ADNSU PHŞ ilə Radiasiya Problemləri İnstitutu arasında 2018-ci ildə bağlanmış Müqaviləni, həmçinin RPİ-nin Elmi Şurasının 2 dekabr 2022-ci il tarixli iclasının müvafiq qərarını əsas tutaraq Universitetin “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” və “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedralarının RPİ-nin nəzdində birgə “filial”ı yaradılmasına həsr olunub.

İnstitutda yeni kafedralar fəaliyyət göstərəcək
[29.12.2022]

Fizika, Radiasiya Problemləri və Biofizika institutlarının 2022-ci il üzrə illik hesabatları müzakirə olunub

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş Ümumi Yığıncağının növbəti iclası keçirilib.

AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Bölmə üzrə AMEA-nın üzvləri, Bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər və digər aidiyyəti şəxslər iştirak ediblər.

Akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb, iclasda AR Elm və Təhsil Nazirliyinin Fizika, Radiasiya Problemləri və Biofizika institutlarının, eləcə də FRTEB üzrə bəzi AMEA üzvlərinin illik hesabatlarının müzakirə olunacağını söyləyib.

Fizika, Radiasiya Problemləri və Biofizika institutlarının 2022-ci il üzrə illik hesabatları müzakirə olunub
[28.12.2022]

YENİ İLİNİZ MÜBARƏK !

Hörmətli həmkarlar!

Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə səmimi-qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, uzun ömür, ailələrinizə sevinc və xoşbəxtlik, firavan həyat, Azərbaycan elminin tərəqqisində göstərdiyiniz səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. 

Hörmətlə,

İslam Mustafayev
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

YENİ İLİNİZ MÜBARƏK !