RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[09.02.2023]

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib
[09.02.2023]

Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə artıq Qaziantep hava limanına yola düşüb.

Qardaş ölkəyə göndərilən tibbi ləvazimat, avadanlıq, eləcə də isti geyimlər Heydər Əliyev Fondunun əməkdaşları tərəfindən qablaşdırıldıqdan sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilərək təyyarəyə yüklənib.

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov hava limanında jurnalistlərə müsahibəsində deyib ki, Fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları humanitar yardımı Türkiyənin faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib
[09.02.2023]

Radiasiya Problemləri İnstitutu Türkiyə üçün yardım kampaniyasına qoşulub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu qardaş Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım kampaniyasına qoşulub. Belə ki, İnstitutun kollektivi ianə formasında toplanan pul vəsaiti “Ziraat Bank”da təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) bank hesabına köçürüb.

Qeyd edək ki, İnstitutun bir qrup əməkdaşı tərəfindən toplanan humanitar yardımlar isə Bakı şəhərindəki yardım toplama məntəqəsinə çatdırılıb.

Radiasiya Problemləri İnstitutu Türkiyə üçün yardım kampaniyasına qoşulub
[08.02.2023]

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev dedi:

- Sizə bir daha başsağlığı verirəm. Çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar.

Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib
[08.02.2023]

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarda əvvəlcə İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev çıxış edərək seminarın əhəmiyyətindən danışıb və bu cür tədbirlərin müntəzəm olaraq keçiriləcəyinin nəzərdə tutulduğunu bildirib.

Daha sonra İnstitutun dissertantı və “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının əməkdaşı Samirə Qəhrəmanova “Qamma şüalanmaya məruz qalmış TlS və TlSe kristallarının elektrik dayanıqsızlığının tədqiqi” adlı məruzə ilə çıxış edib.

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib
[02.02.2023]

Radiasiya Problemləri İnstitutunun rəhbərliyi İnteraktiv Elm Muzeyini ziyarət edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, Elmi katibi, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əli Məmmədov Hədəf STEM Liseyində yerləşən İnteraktiv Elm Muzeyini ziyarət edib.

Sözügedən muzeyin təşkilatçısı və rəhbəri Elçin Abbasovun dəvəti ilə baş tutan ziyarətdə çoxsaylı tarixi ekspoatlar, həmçinin şagirdlərin fiziki və kimyəvi qanunları praktiki dərk etmələri üçün hazırlanmış ixtiralar, cihaz və avadanlıqlar nümayiş etdirilib.

Radiasiya Problemləri İnstitutunun rəhbərliyi İnteraktiv Elm Muzeyini ziyarət edib
[02.02.2023]

Radiasiya Problemləri İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı və İnstitutun Həmkarlar Təşkilatının dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gənc alim və mütəxəssisləri “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbrik edib və onlara gələcək elmi-ictimai fəaliyyətlərində uğurlar arzulayıb. İ.Mustafayev bildirib ki, ölkəmizdə əsası ümumilli lider H.Əliyev tərəfindən qoyulan və ölkənin bu sahədə apardığı siyasətin təməl istiqamətlərdən biri olan gənclər siyasəti bu gün də Prezident İ. Əliyev tərəfindən uğurla davam etdirilir və bütün elmi-ictimai fəaliyyət sahələrində dövlətimizin gənclərə olan etimadı tamdır.

Radiasiya Problemləri İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
[31.01.2023]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə 2022-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib
[31.01.2023]

İnstitutda magistrantların qış imtahan sessiyası yekunlaşıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan sessiyasında “Radiasiya materialşünaslığı” ixtisası üzrə təhsil alan I və II kurs magistrantların imtahanları başa çatıb.

İnstitutda magistrantların qış imtahan sessiyası yekunlaşıb
[31.01.2023]

Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) növbəti görüş keçirilib. Görüşdə qonaq qismində Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev və sözügedən agentliyin əməkdaşı Əkbər Quliyev iştirak edib.

Görüşdə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonaqları salamlayıb və rəhbərlik etdiyi elmi müəssisənin tarixi, elmi-təşkilati fəaliyyəti və əldə etdiyi mühüm nəticələri diqqətə çatdırıb.

Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib
[26.01.2023]

Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının hazırladığı məqalə Journal of Instrumentation-də dərc edilmişdir

Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının əməkdaşlarının (f.e.d. Zirəddin Sadıqov, f.e.d. Fərid Əhmədov və digər əməkdaşların) hazırladığı yeni silisium fotoelektron gücləndiricilərin nüvə kriminalistikasında tətbiq olunma imkanlarının öyrənilməsinə həsir edilmiş elmi məqaləsi Journal of Instrumentation dərc edilmişdir (İF-1.12). Məqalədə təbii və kasıblaşmış uran mənbələrində uran-235 və uran-238 miqdarını müəyyən etmək üçün 185,7 keV və 1001 keV enerjili qamma-şüa xətlərindən istifadə olunmuşdur.

Məqalə ilə tanış olmaq üçün linkdən istifadə edə bilərsiniz https://doi.org/10.1088/1748-0221/18/01/C01015.

Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının hazırladığı məqalə Journal of Instrumentation-də dərc edilmişdir
[25.01.2023]

İctimaiyyətlə əlaqələrə məsul əməkdaşlarla görüş

Yanvarın 25-də Elm və Təhsil Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nazirliyin tabeliyinə verilən institutlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları ilə görüş keçirilib.

Görüşün məqsədi ictimaiyyətlə əlaqələrin daha yaxşı qurulması və effektiv kommunikasiya fəaliyyətinin müzakirəsi olub.

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək elmin populyarlaşmasında ictimaiyyətlə əlaqələrin rolu, nəzəri araşdırmaların praktik təqdimatı, bir sıra maraq doğuran layihələr vasitəsilə gənclərin elm sahəsinə cəlbinin zəruriliyini diqqətə çatdırıb.

İctimaiyyətlə əlaqələrə məsul əməkdaşlarla görüş
[24.01.2023]

Radiasiya Problemləri İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti

AMEA-nın Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üçün illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.

Tədbirdə əvvəlcə bölmə üzrə elmi müəssisələrin nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Radiasiya Problemləri İnstitutunun da 2022-ci ildəki elmi nailiyyətləri nümayiş olunub.

Qeyd edək ki, institutda 2022-ci hesabat ilində Elmin İnkişafı üzrə Milli Strategiyaya müvafiq olaraq radiasiya təhlükəsizliyi, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları və ekoloji təmiz energetikanın elmi əsasları üzrə 4 problem, 10 mövzuya aid 21 elmi-tədqiqat işi aparılıb, nəzərdə tutulan bütün işlər yerinə yetirilib.

İnstitutda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi prioritetlərə uyğun tədqiqatlar aparılıb, alimlər qarşısında qoyulmuş həyata keçirilməsi zəruri olan vəzifələr yerinə yetirilib.

Radiasiya Problemləri İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti
[19.01.2023]

İnstitutda “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Anım tədbirində çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 20 Yanvar hadisələrinə dair fikirlərini bölüşüb, eləcə də həmin dövrki ictimai-siyasi vəziyyət və xalqımızın azadlıq uğrundakı mübarizəsi və qəhrəmanlıq dastanı haqqında tədbir iştirakçılarına məlumat verib.

İnstitutda “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş  anım tədbiri keçirilib