RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.12.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev əməkdaşları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə təbrik edib, daha sonra Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib
[20.12.2022]

İnstitutun alimi “Dəvətli professor” layihəsində təqdimatla çıxış edib

Radiasiya Problemləri İnstitutunun alimi, kimya elmləri namizədi Sadiq Həsənov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının “Dəvətli professor” layihəsi çərçivəsində keçirilən açıq dərsdə iştirak edib.

İnstitutun alimi “Dəvətli professor” layihəsində təqdimatla çıxış edib
[19.12.2022]

İnstitutda növbəti doktorluq imtahanları keçirilib

Radiasiya Problemləri İnstitutunda qış imtahan sessiyasının ixtisas fənlərindən doktorluq imtahanları keçirilib.

Bu gün keçirilən imtahanlarda doktorantlar “Radiasiya materialşünaslığı” ixtisas fənnindən doktorluq və “Ümumi kimya” fənnindən fərq doktorluq imtahanı veriblər.

İnstitutda növbəti doktorluq imtahanları keçirilib
[19.12.2022]

İnstitutun gənc alimi Azərbaycan Kooperasiya Universitetində təqdimatla çıxış edib

Radiasiya Problemləri İnstitutunun gənc alimi Aybəniz Əhədova Azərbaycan Kooperasiya Universitetində təqdimatla çıxış edib. Universitetin "Muzey, Arxiv işi və Abidələrin qorunması" ixtisasının tələbələrinin iştirakı ilə ustad dərsi formatında keçirilən seminarda təqdimatla çıxış edən A.Əhədova əvvəlcə RPİ-nin aparıcı elmi işçi Sahib Məmmədovun rəhbərliyi ilə İnstitutda "Arxeoloji tapıntıların radioizotop tarixləndirilməsi" qrupunun fəaliyyəti haqqında məlumat verib və bildirib ki, hazırda laboratoriyada aparılan tədqiqatlarda 3 metodika (Radiokarbon, Elektron Paramaqnit Rezonans, Termolüminessensiya) tətbiq olunur.

İnstitutun gənc alimi Azərbaycan Kooperasiya Universitetində təqdimatla çıxış edib
[16.12.2022]

“Günəş enerjisindən istifadə” adlı elmi-populyar kitabın təqdimatı keçirilib

Radiasiya Problemləri İnstitutunun alimi, fizika üzrə fəlsəfə doktoru, dosent Oktay Salamovun həmmüəllifi olduğu “Günəş enerjisindən istifadə” adlı elmi-populyar kitabın təqdimatı keçirilib.

“Akademikitab” kitab evində keçirilən təqdimat mərasimində kitabın digər həmmüəllifi texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov, Radiasiya Problemləri İnstitutunun (RPİ) icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, AzMİU-nin “Ekologiya” kafedrasın professoru, texnika elmləri doktoru Fuad Hacızadə, Azərbaycav Dəniz Akademiyasının “Mexanika” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Vaqif Həsənov, RPİ-nin “Bərpa olunan enerji növlərinin çevrilməsi laboratoriyası”nın rəhbəri, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova, həmin institutun elmi katibi fizika üzrə fəlsəfə doktoru, dosent Musa Nuriyev, həmiçinin də İnstitutunun müxtəlif laboratoriyalarının əməkdaşları iştirak ediblər.

“Günəş enerjisindən istifadə” adlı elmi-populyar kitabın təqdimatı keçirilib
[13.12.2022]

İnstitutda elmi seminar keçirilib

Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Müasir detonasiya texnologiyalarından istifadə edərək üzvi tullantıların təkrar emalı” mövzusunda elmi seminar keçirilib.

Seminarda giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iştirakçıları salamlayaraq seminarın əhəmiyyəti və mövzu ətrafında öz fikirlərini səsləndirib, həmçinin məruzəçi N.N.Semyonov adına Kimyəvi Fizika üzrə Federal Tədqiqat Mərkəzinin əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi Vüqar Xudaverdiyevi seminar iştirakçılarına təqdim edib.

İnstitutda elmi seminar keçirilib
[12.12.2022]

Radiasiya texnologiyaları kənd təsərrüfatında uğurla tətbiq edilir

Yeni dövrün elmi fəaliyyətində ölkənin təbii ehtiyatlarının və biomüxtəlifliyinin qorunması və səmərəli istifadəsinə dair elmi tədqiqatlar aparılması başlıca hədəf olaraq müəyyən edilib. Radiasiya Problemləri İnstitutunun əsas tədqiqat istiqamətlərindən biri də məhz radiasiya texnologiyalarının pambıqçılıqda və taxılçılıqda tətbiq olunmasıdır.

İnstitutun bu sahədə çalışan əməkdaşları RPİ-nin icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevanın rəhbərliyi ilə Gəncə şəhərində ezamiyyətdə olub, bu ilki tədqiqat işinin nəticələrini müzakirə ediblər.

Radiasiya texnologiyaları kənd təsərrüfatında uğurla tətbiq edilir
[12.12.2022]

İnstitutda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Radiasiya Problemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev əbədiyaşar liderin həyat yolu və onun Azərbaycana olan sevgisindən, ölkə rəhbərliyi dövründə görülmüş işlərdən danışıb, Heydər Əliyevin qurucusu olduğu Azərbaycançılıq ideologiyası və Dünya Azərbaycanlılarına töhfələri haqqında məlumat verib.

İnstitutda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
[06.12.2022]

İnstitutun gənc alimi məruzə ilə çıxış edib

Radiasiya Problemləri İnstitutun (RPİ) kiçik elmi işçisi Aybəniz Əhədova Azərbaycan Qərbi Kaspi Universitetində tələbələr üçün təşkil olunmuş elmi seminarda məruzə ilə çıxış edib.

A.Əhədova öz məruzəsində Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi Sahib Məmmədovun rəhbərliyi ilə yaradılmış xüsusi "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun fəaliyyətindən danışıb, Həmçinin seminar zamanı nümayiş olunan təqdimatda tarixləndirmə metodları (Radiokarbon, Elektron Paramaqnit Rezonans metodu və Termolüminessens metodu) və tədqiqatlarda əldə edilmiş nəticələr haqqında ümumi məlumat verib.

İnstitutun gənc alimi məruzə ilə çıxış edib
[05.12.2022]

Radiasiya Problemləri İnstitutunun illik hesabatı dinlənilib

Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının iclasında 2022-ci ilin elmi tədqiqat işlərinin yekunlarına aid direktor hesabatı dinlənilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi Şurasının sədr müavini, akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva və AMEA-nın Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin baş mütəxəssisi Rəna Qasımova iştirak ediblər.

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev açaraq bildirib ki, 2022-ci hesabat ilində institutda Elmin İnkişafı üzrə Milli Strategiyaya müvafiq olaraq radiasiya materialşünaslığı, radiasiya texnologiyaları, radiasiya təhlükəsizliyinin elmi əsasları üzrə 4 problem, 10 mövzuya aid 21 elmi-tədqiqat işi aparılıb, nəzərdə tutulan bütün işlər yerinə yetirilib.

Radiasiya Problemləri İnstitutunun illik hesabatı dinlənilib
[30.11.2022]

Radiasiya Problemləri İnstitutunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin İxtisasartırma fakültəsinin nümayəndələri ilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin İxtisasartırma fakültəsinin “Radiasiya təhlükəsizliyi” ixtisası üzrə təlim keçən istehsalat nümayəndələri ilə görüş keçirilib. İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev qonaqları salamlayaraq rəhbərlik etdiyi müəssisədə aparılan tədqiqat işləri və əldə olunan mühüm elmi nəticələr haqqında geniş məlumat verdi.

Radiasiya Problemləri İnstitutunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin İxtisasartırma fakültəsinin nümayəndələri ilə görüş keçirilib
[18.11.2022]

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 2022-ci il üzrə laboratoriyaların hesabat iclasları keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 2022-ci il 15-18 noyabr tarixlərində İnstitut Elmi Şurasının iclaslarında, il ərzində aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş laboratoriya və şöbələrin hesabatları keçirilmişdir.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edərək, Elmi Şura iclaslarının növbəti günlərdə də mütamadi olaraq keçiriləcəyi və hər gün dörd laboratoriyanın hesabatının dinləniləcəyi haqqında məlumat verdi.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 2022-ci il üzrə laboratoriyaların hesabat iclasları keçirilib
[15.11.2022]

İnstitutda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbələri ilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbələrlə görüş keçirilmişdir.

İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyin institutda aparılan elmi tədqiqat işləri haqqında qonaqlara geniş məlumat verdi.

İnstitutda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbələri ilə görüş keçirilib
[05.11.2022]

İnstitutun Baş direktorunun “8 Noyabr – Zəfər Günü” təbriki

Hörmətli həmkarlar!

Biz xoşbəxtik ki, əzəli və əbədi yurd yerlərimizin düşmən tapdağından azad olunmasını, Vətənin ərazi bütövlüyünü müjdələyən 8 Noyabr – Zəfər Gününü milli birlik və həmrəylik içində qeyd edirik. Biz həm də xoşbəxt bir nəsilik ki, müstəqil Azərbaycanda yaşayırıq və bu sevincli, qələbə dolu günlərə, bayramlara şahidlik edirik.

Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü 8 Noyabr – Zəfər Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 

 

İslam Mustafayev
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

İnstitutun Baş direktorunun “8 Noyabr – Zəfər Günü” təbriki