RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.07.2022]

AMEA Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

AMEA Radiasiya Problemləri İnstitutunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyası” nın nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə AMEA Radiasiya Problemləri İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, Enerjitutumlu radiasiya prosesləri laboratoriyası rəhbəri, kimya elmlər namizədi Hökmən Mahmudov, fizika elmlər namizədi Famin Salmanov, FHN-nin Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyası rəisi polkovnik Zakir Abdullayev, Bakteroloji bölmənin rəisi baş leytenant Aygün Abbasova, Radiometriya bölməsinin rəisi baş leytenant Tural Şahbazov iştirak etmişlər.

AMEA Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib
[22.07.2022]

22 İyul Milli Mətbuat Günüdür

Hörmətli mətbuat işçiləri!

AMEA Radiasiya Problemləri İnstitutun kollektivi adından Azərbaycanın Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri ürəkdən təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Azərbaycanımızın parlaq gələcəyi naminə həmişə qələminiz iti, sözünüz kəsərli olsun!

22 İyul Milli Mətbuat Günüdür
[18.07.2022]

AMEA Radiasiya Problemləri Institutunun əməkdaşı Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) və Fransa Atom Enerjisi Komissiyasının (AEK) təşkil etdiyi təlim kursunda iştirak etmişdir

AMEA Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı Şüa Qəbulediciləri laboratoriyasının əməkdaşı Abbasova Çiçək Yurik qızı 27 iyun – 8 iyul 2022-ci il tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Fransa Atom Enerjisi Komissiyasi (AEK) tərəfindən təşkil olunan “Radioaktiv izləyicilər və Qamma Skan edilməsi üzrə sertifikatlaşdırma” üzrə Fransanın Saclay şəhərində təlim kursunda iştirak etmişdir. Tədbirin məqsədi iştirakçılara Radioaktiv izləyicilərin metodologiyası (RTM/RTD) və Möhürlənmiş Mənbələr Metodları –Qamma Skan Texnikaları (SSM/SCT) üzrə Sertifikat almaq üçün texnoloji qurğulara tətbiq olunan radioizləyici və qamma skan etmə üsulları üzrə əsas bilik və praktiki təcrübələri öyrətmək olmuşdur.

AMEA Radiasiya Problemləri Institutunun əməkdaşı Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) və Fransa Atom Enerjisi Komissiyasının (AEK) təşkil etdiyi təlim kursunda iştirak etmişdir
[15.07.2022]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda əvvəlcə İnstitutun magistrantlarının attestasiyası məsələsinə baxılıb və onlar attestasiya olunaraq növbəti ilə keçiriliblər. Daha sonra Şura üzvlərinə Sumqayıt Dövlət Universitetinin və AMEA-nın Şəki Regional Mərkəzinin keçirəcəyi iki Beynəlxalq Konfrans haqqında məlumat verilib.

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib
[08.07.2022]

QURBAN BAYRAMINIZ MÜBARƏK!

Hörmətli həmkarlar!

Sizi dünya müsəlmanlarının mənəvi birlik, bərabərlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Hörmətlə,

İslam Mustafayev
AMEA-nın Radiasiya Problemləri
İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü

QURBAN BAYRAMINIZ MÜBARƏK!
[08.07.2022]

İnstitutda “Elektron Paramaqnit Rezonansı” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Elektron Paramaqnit Rezonansı” mövzusunda elmi seminar keçirilib.

Seminarda giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iştirakçıları salamlayaraq seminarın əhəmiyyəti və mövzü ətrafında fikirlərini səsləndirib.

İnstitutda “Elektron Paramaqnit Rezonansı” mövzusunda elmi seminar keçirilib
[01.07.2022]

İnstitutda yay imtahan sessiyası yekunlaşıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 2021/2022-ci tədris ili üzrə keçirilmiş yay imtahan sessiyası yekunlaşıb. Belə ki, İnstitutun “Radiasiya materialşünaslığı” ixtisası üzrə I kurs magistrantları sessiyanın sonuncu günündə “Dozimetriyanın əsasları” fənnindən olan imtahanı da uğurla veriblər.

Qeyd edək ki, sözügedən sessiya ərzində magistrantlar ümumilikdə 7 (yeddi) imtahanda iştirak ediblər.

İnstitutda yay imtahan sessiyası yekunlaşıb
[30.06.2022]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitutun "Bərpa olunan enerji növlərinin çevrilmələri" laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Mətanət Mehrabovaya “Sabahın alimləri” XI respublika müsabiqəsində nailiyyət qazanmış şagirdlərin elmi layihələrinə rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarları İttifaqı tərəfindən verilmiş sertifikat, həmçinin rəhbərlik etdiyi şagirdlərdən ibarət “gFuture” komandasının “Teknofest” Aerokosmik və Texnologiya Festivalının “Yaşıl texnologiyalar” müsabiqəsinin final mərhələsində iştirakına və III yerin qalibi seçildiyinə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və TEKNOFEST tərəfindən verilmiş sertifikat, eləcə də “Virtual Azərbaycan” və “Vision TV” tərəfindən verilmiş təşəkkürnamə təqdim edilib.

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib
[21.06.2022]

İnstitutda fövqəladə iclas keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun II saylı korpusunda yaranmış yanğın təhlükəsi ilə əlaqədar fövqəladə iclas keçirilib.

İclasda İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayevə hadisə ilə bağlı məruzə edilib. Bildirilib ki, İnstitutun II sayılı korpusunun inzibati binasında ötən gün yaranmış yanğın təhlükəsi haqqında dərhal Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilmiş, müvafiq qurumun 3 yanğınsöndürən maşını və əməkdaşları hadisə yerinə cəlb olunmuşdur. Daha sonra yanğınla bağlı ciddi təhlükənin olmadığını nəzərə alaraq 2 yanğınsöndürən maşın geri qayıdıb, bir yanğınsöndürən briqada isə yarana biləcək təhlükələrin araşdırılması məqsədi ilə əraziyə baxış keçirib, yoxlamalar aparıblar.

İnstitutda fövqəladə iclas keçirilib
[09.06.2022]

İnstitut alimlərinin rəhbərliyi ilə hazırlanmış və “Teknofest Azərbaycan”da qalib olan komandaların üzvləri ilə görüş keçirilib

Ölkəmizdə ilk dəfə təşkil olunan “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Radiasiya Problemləri İnstitutu əməkdaşlarının elmi rəhbəri olduğu 2 layihə müsabiqənin qalibi olmuşdur. Bu münasibətlə İnstitutda qalib komandaların üzvləri ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Teknofest” Aerokosmik və Texnologiya Festivalı haqqında geniş məlumat verib, həmçinin V dəfə təşkil olunan festivalın Azərbaycanda, ölkəmizin müstəqillik günündə keçirilməsinin Azərbaycan-Türkiyə qardaşlığının simvolu olduğunu bildirib.

İnstitut alimlərinin rəhbərliyi ilə hazırlanmış və “Teknofest Azərbaycan”da qalib olan komandaların üzvləri ilə görüş keçirilib
[31.05.2022]

İnstitutda magistr dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda magistr dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tədbirdə magistr – Məmmədova Aytən Şahlar qızının “Radiasiya materialşünaslığı” ixtisası üzrə “Məsaməli polietilentereftalat əsasında alınmış PETF/CdS nanokompozitlərinin elektrik xassələrinə qamma şüalanmanın təsiri” mövzusunda dissertasiya işi müzakirə edilib.

İnstitutda magistr dissertasiya işinin ilkin müzakirəsi keçirilib
[27.05.2022]

İnstitutda “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş, şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 28 May – Müstəqillik Günü, bu günün tarixi və əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

İnstitutda “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib
[27.05.2022]

İnstitutda toplanış məşqi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Mülki-müdafiə üzrə Tədbirlər Planına əsasən “Hərbiləşdirilməmiş qüvvələrin” şəxsi heyətinin toplanış məşqi keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş mühəndisi Xəyyam Səfixanov toplanış məşqi haqqında şəxsi heyətə məlumat verib.

İnstitutda toplanış məşqi keçirilib
[26.05.2022]

İnstitutda “Termolüminessensiya və Onun Tətbiq Sahələri” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Termolüminessensiya və Onun Tətbiq Sahələri” mövzusunda elmi seminar keçirilib.

Seminarda giriş sözü ilə çıxış edən İnstitutun laboratoriya rəhbəri, kimya elmləri namizədi, dosent Hökmən Mahmudov iştirakçıları salamlayaraq seminarın əhəmiyyəti və mövzü ətrafında fikirlərini səsləndirib.

İnstitutda “Termolüminessensiya və Onun Tətbiq Sahələri” mövzusunda elmi seminar keçirilib